ABŞ 40 ildən sonra ilk dəfə yeni nüvə döyüş başlığı hazırlayacaq
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ son 40 ildə ilk dəfə yeni nüvə döyüş başlığının hazırlanmasına başlayıb.
Sherg.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri ölkənin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə birlikdə W93/Mk7 adlı yeni nüvə döyüş başlığını hazırlayır. Layihənin məqsədi mövcud nüvə arsenalında köhnəlmiş komponentləri əvəz etmək və yeni nəsil sualtı qayıqlar üçün nəzərdə tutulan raketlərlə uyğunluğu təmin etməkdir.
Bununla yanaşı, "Trident II D5LE2" ballistik raketinin hazırlanması istiqamətində də işlər aparılır.
Qeyd olunur ki, layihə ABŞ-ın dəniz əsaslı nüvə qüvvələrinin genişmiqyaslı modernləşdirilməsi proqramının tərkib hissəsidir. Bu çərçivədə istismarda olan Ohio sinifli atom sualtı qayıqları mərhələli şəkildə yeni nəsil Columbia sinifli sualtı qayıqlarla əvəz edilir.
Nəşr yazır ki, ABŞ eyni zamanda raket ehtiyatlarının azalması və mövcud istehsalın yüksək maya dəyəri fonunda sursatın daha sürətli, kütləvi və aşağı xərclə istehsal olunması yollarını da araşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 İyun 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















