“Dünənimiz bugünümüz”: 7 xanım sənətkarın ifaları yenidən səslənib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin unudulmaz ifaları “Dünənimiz – bugünümüz” layihəsi çərçivəsində müasir musiqi üslubunda yenidən təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan musiqi irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasıdır.
Layihə çərçivəsində Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələri - Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarından seçilmiş əsərlər müğənni Yaqut Xəlilzadənin ifasında yenidən səsləndirilib.
Təqdimat zamanı orijinal ifaların bədii ruhunun və mahiyyətinin qorunması, eyni zamanda əsərlərin müasir musiqi yanaşması ilə bugünkü dinləyicilərə çatdırılması əsas prinsip kimi götürülüb.
Layihənin rəhbəri Asif Kərimov, prodüser və konsertmeysteri Fərid Atazadə, ifaçısı isə Yaqut Xəlilzadədir.
“Dünənimiz – bugünümüz” layihəsi vasitəsilə milli musiqi ənənələrinin yaşadılması, görkəmli sənətkarların yaradıcılığının yeni nəsillərə tanıdılması və Azərbaycan musiqi irsinin təbliği hədəflənir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















