Icma.az
close
up
RU
ABŞ Ukraynaya təxminən 825 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Ukraynaya təxminən 825 milyon dollarlıq silah satışını təsdiqləyib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Dövlət Departamenti Ukraynaya təxmini dəyəri 825 milyon dollar olan “Hava Hücumu Sursatları” və müvafiq hərbi logistik dəstək avadanlıqlarının satışını təsdiqləyib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışın təsdiqi ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda deyilir ki, “Dövlət Departamenti Ukrayna hökumətinə təxmini dəyəri 825 milyon dollar olan “Hava Hücumu Sursatları” və əlaqəli avadanlıqların satışını təsdiqləyən qərar qəbul edib.

Açıqlamada qeyd olunub ki, Ukrayna 3350 ədəd Uzaqmənzilli Hücum Sursatları (ERAM) raketləri və Qlobal Mövqe Müəyyənetmə Sistemləri kimi bu sistemlərə uyğun avadanlıq tələb edib. Satış üçün lazımi rəsmi bildirişin ABŞ Konqresinə təqdim edildiyi də qeyd edilib.

Açıqlamada o da qeyd olunub ki, satışa raket konteynerləri, ehtiyat hissələri, dəstək avadanlığı, proqram təminatı, texniki sənədlər, təlim, logistika ləvazimatları daxildir.

Satışın bölgədəki “əsas hərbi balansı” dəyişdirməyəcəyi vurğulanan açıqlamada: “Bu satış Avropada siyasi sabitliyin və iqtisadi tərəqqinin qarantı olan bir müttəfiqinin təhlükəsizliyini gücləndirərək ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcək”, - deyə bildirilir.

Qeyd olunub ki, Ukrayna bu alışı ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində Danimarka, Hollandiya və Norveç kimi ölkələrdən maliyyələşdirəcək.

Satışın başa çatdırılması üçün ABŞ Konqresinin yekun təsdiqi tələb olunur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri