ABŞ 60 əsas ticarət tərəfdaşına qarşı rüsumlar tətbiq edir
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ştatlar 60 əsas ticarət tərəfdaşına münasibətdə 10%-dən 12,5%-dək həcmdə ticarət rüsumları tətbiq edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn ofisindən bildirilib.
"Bu gün ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir 1974-cü il Ticarət haqqında Qanunun 301-ci bölməsi çərçivəsində məcburi əməkdən istifadə etməklə istehsal olunmuş malların idxalına qadağa qoyulmaması və buna effektiv riayət olunmaması səbəbindən ABŞ-nin 60 ən böyük ticarət tərəfdaşına qarşı rüsumlar tətbiq edərək yekun addımları atır", — deyə bəyanatın mətnində qeyd olunur.
Məlumata görə, 10% həcmində minimum dərəcə məcburi əməyin tətbiqi ilə istehsal olunan malların idxalına artiq qadağa qoymuş 17 dövlətə tətbiq edilir. Bəyanata əsasən, bu siyahıya xüsusilə Türkiyə, ÇXR, Aİ, Qazaxıstan, Böyük Britaniya, Pakistan, İsrail, Qətər, Hindistan, İraq, Kanada və Meksika daxil edilib.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və İsveçrədən olan istisna edilməyən bir sıra mallar üçün dərəcə ən çox əlverişli rejim dərəcələri çıxılmaqla 10% və ya 12,5% təşkil edəcək.
Vaşinqtonun şərtlərini yerinə yetirməyən araşdırmanın digər iştirakçıları üçün maksimum baza rüsum dərəcəsi 2,5% artaraq 12,5%-ə çatacaq.
Bu rüsumlar Prezident Donald Tramp administrasiyasının fevral ayında tətbiq etdiyi müvəqqəti qlobal 10 faizlik rüsumu əvəz edəcək.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 İyul 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















