ABŞ Avropanı dizel ehtiyatlarını bazara çıxarmağa çağırıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Avropanı dizel ehtiyatlarını bazara çıxarmağa çağırıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent Avropadakı tərəfdaşlarını qlobal dizel təchizatındakı fasilələri aradan qaldırmaq üçün bazara əlavə yanacaq çıxarmağa çağırıb.
Bessent bildirib ki, Prezident Donald Trampın rəhbərliyi altında ABŞ qlobal enerji bazarlarının sabitləşdirilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib.
O, Avropa ölkələrindən mövcud öhdəliklərini yerinə yetirmə prosesini sürətləndirməyi və bazara əlavə dizel təchizatı təmin etməyi istəyib.
Nazirin sözlərinə görə, qlobal dizel çatışmazlığının əsas yükü amerikalı fermerlərin, yük maşını sürücülərinin və bizneslərin üzərinə düşməməlidir.
ABŞ Prezidenti Donald Tramp da Texasda jurnalistlərə açıqlamasında Avropa ölkələrindən dizel ehtiyatlarını bazara çıxarmalarını tələb edə biləcəklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Oktyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















