Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraqlıdır Rəşad Bayramov

ABŞ Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraqlıdır Rəşad Bayramov

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan və İsrail arasındakı münasibətlər hər zaman ən yüksək səviyyədə olub və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanıb. Bu əlaqələr, həm də müsəlman və yəhudi ölkələri arasındakı qarşılıqlı əlaqələrin unikal nümunəsi kimi dəyərləndirilə bilər. Bir müddət əvvəl İsrail Baş Nazirinin ofisinin yaydığı bəyanatda da qeyd edildiyi kimi, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrindəki əməkdaşlıqla Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqi hesab olunur. Bu baxımdan, bütün xarici çağırışlara və daxili çətinliklərə baxmayaraq, Azərbaycan-İsrail əlaqələri inkişaf etməyə və möhkəmlənməyə davam edir. Şübhəsiz ki, bu münasibətlərdən narahat olanlar da mövcuddur. Lakin eyni zamanda İsrailin Azərbaycanla yaxın əlaqələrindən faydalanmaq istəyən ölkələr də var və onlardan biri də ABŞ-dır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Azərbaycan və İsrail 30 illik münasibətlərini ən yüksək səviyyəyə çatdırıblar. Hər iki ölkə özlərini etibarlı tərəfdaş kimi sübut ediblər. Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi bir çox ölkəni narahat etdiyi kimi, eyni zamanda diqqətini də çəkir. Bu ölkələrdən biri, bəlkə də ən önəmlisi ABŞ-dır. Ekspertlər bildirirlər ki, ABŞ Bakı-Təl-Əviv münasibətlərindən regional maraqları üçün istifadə etmək istəyir.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqları və regionda möhkəmlənmək istəyi Vaşinqtonu Azərbaycanla münasibətləri daha da dərinləşdirməyə sövq edir.

“Bayden administrasiyasından fərqli olaraq, regionda daha balanslı bir siyasət yürüdən Tramp administrasiyası birtərəfli şəkildə Ermənistanı dəstəkləməklə Azərbaycanı özündən uzaqlaşdırmaqda maraqlı olmayıb. Çünki Tramp çox yaxşı başa düşür ki, Azərbaycan olmadan və Azərbaycanın maraqları nəzərə alınmadan regionda möhkəmlənmək çətin olacaq. ABŞ üçün Cənubi Qafqazda möhkəmlənmək indiki dövrdə xüsusilə vacibdir. Bunun bir neçə əsas səbəbi mövcuddur:

1.Coğrafi mövqe – Cənubi Qafqaz, Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır.

2.İranla sərhəd olması – Vaşinqton üçün İranın zəiflədilməsi strateji hədəf olaraq qalır və bununla bağlı Cənubi Qafqazın önəmi böyükdür. İranın şimalında 40 milyona yaxın Azərbaycan türkünün olması və Azərbaycanın onlara təsir imkanları ABŞ-ın bu bölgəyə olan marağını artırır.

3. Orta Asiya ilə əlaqələr – Orta Asiya zəngin təbii ehtiyatlara, xüsusilə karbohidrogen ehtiyatlarına sahibdir. Lakin Avropa ilə birbaşa çıxış imkanları məhduddur və buna görə də bu ehtiyatlar Rusiya və Çin vasitəsilə dünya bazarına çıxarılır. ABŞ üçün bu regionda təsirini artırmaq və Çinin təsirini zəiflətmək çox vacibdir. Cənubi Qafqaz, xüsusən Azərbaycan, bu məqsədlə strateji əhəmiyyət kəsb edir.

4.Türk dövlətləri ilə əlaqələr – Azərbaycanın Orta Asiya Türk dövlətləri ilə sıx münasibətləri də ABŞ tərəfindən nəzərə alınır.

Bu amillər Azərbaycanın regional və beynəlxalq siyasətdəki əhəmiyyətini daha da artırır. Rəsmi Vaşinqtonun öz maraqları baxımından Azərbaycanla əlaqələri daha da dərinləşdirməyə can atacağı şübhəsizdir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri