Ukraynaya gecə hücumu: Bu obyektlər dağıdıldı FOTO VİDEO
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gecə Rusiyanın hücumu nəticəsində Ukraynanın bir sıra bölgələrində enerji və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, ruslar ballistik, aerobalistik, qanadlı (“Kinjal”, “İskəndər”, “Qreani-3”) raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəflərə zərbələr endirib. Hücumlar nəticəsində biri uşaq olmaqla səkkiz nəfər yaralanıb.
Kiyev vilayətinin Vışqorod rayonunda iki, Fastovda isə bir nəfər xəsarət alıb. Fastovda həmçinin dəmiryolu stansiyası və enerji obyektləri zədələnib.
Dnepr vilayətində PUA-ların zərbələri nəticəsində yanğınlar baş verib, Nikopolda 11 yaşlı uşaq xəsarət alıb.
Lvov və Lutskdə raket və PUA zərbələrindən sonra güclü tüstülənmə müşahidə olunub. Şəhərlər qaranlığa qərq olub.
Odessa vilayətində elektrik və istilik təchizatında fasilələr yaranıb.
Kütləvi hücumlar nəticəsində Fastovun dəmir yolu vağzalı ciddi ziyan görüb, şəhərin nəqliyyat infrastrukturu fəaliyyətini məhdudlaşdırıb. "Ukrzaliznitsa" şəhərdən keçən qatarların marşrutlarını dəyişib.
Çernobıl AES-in 4-cü enerji blokunun üzərindəki müdafiə qoruyucusu artıq potensial radiasiya buraxılışlarını tam dayandıra bilmir. Lakin daşıyıcı elementlər və monitorinq sistemləri zərər görməyib. MAQATE baş direktor Rafael Qrossi qoruyucunun tam bərpasının vacib olduğunu vurğulayıb.
Energetika qurumu “Minenergo” bildirib ki, zərbələr nəticəsində Kiyev, Çerniqov, Lvov, Odessa, Zaporojye, Dnepropetrovsk, Nikolayev və Xarkov vilayətlərində elektrik obyektlərinə ziyan dəyib. Kritik obyektlərdə generatorlar işə salınıb. keçirilib.


Cavid, Bakupost.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















