Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: Trampın məktubu ABŞ ın Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərir

Tofiq Zülfüqarov: Trampın məktubu ABŞ ın Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərir

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın 28 may Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktub ABŞ-ın Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərir.

Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

Tofiq Zülfüqarov deyib ki, keçmiş Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri çox gərgin olub: “İndi üzə çıxır ki, Co Bayden özü bu məsələlərlə məşğul olmayıb, ətrafında ermənipərəst mövqedə olanlar ABŞ-Azərbaycan münasibətlərini böhranlı vəziyyətə gətirib çıxarıb. Prezident İlham Əliyev buna qiymət verərək demişdi ki, Azərbaycan-ABŞ münasibətləri heç vaxt belə səviyyədə olmayıb. Donald Tramp prezident seçiləndən sonra, xüsusən son aylar görürük ki, ABŞ-ın hazırkı administrasiyası digər məsələlərlə sıx məşğul olmasına baxmayaraq, Azərbaycanla münasibətlərdə qarşılıqlı müsbət mesajlar müşahidə edilir. Azərbaycan da istəyir ki, münasibətlərdəki böhranlı dövr tam arxada qalsın və iki ölkə arasında əməkdaşlıq, uzun tarixə malik tərəfdaşlıq daha da inkişaf etsin”.

Əməkdaşlıq sahələri

Tofiq Zülfüqarov qeyd edib ki, Donald Tramp məktubunda Azərbaycanla əlaqələr və terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi sahələrində ABŞ-la tərəfdaşlığı yüksək qiymətləndirib: “Azərbaycan da bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır, ABŞ-ın da əməkdaşlığı genişləndirməyə, inkişaf etdirməyə hazır olduğunu görürük. Ona görə də bu məktub yüksək qiymətləndirilməlidir”.

Sülh prosesi və ABŞ-ın rolu

Sabiq xarici işlər naziri Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhə dair fikirlərinə də toxunub: “Azərbaycan Ermənistanla sülhün tərəfdarıdır. Rəsmi Bakı sülhün təşəbbüskarıdır. Məhz Azərbaycan Ermənistana sülh sazişinin ilkin versiyasını təqdim edib və bu, hazırda danışıqların, sülh prosesinin bünövrəsini təşkil edir. Donald Trampın məktubundan görünür ki, ABŞ bu mövqeni yüksək qiymətləndirməklə yanaşı, sülh prosesə dəstəyini ifadə edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri