Icma.az
close
up
RU
ABŞ Azərbaycanla sərhədə mühafizə komandasını nə üçün göndərir? ŞƏRH

ABŞ Azərbaycanla sərhədə mühafizə komandasını nə üçün göndərir? ŞƏRH

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərir. Dövlət katibi Blinken bildirib ki, komandanın missiyası Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılmasıdır.

Bu addımın əsas məqsədi Amerika qüvvvələrinin Ermənistanda – Azərbaycanla sərhədə yerləşdirilməsidir. Daha öncə Vaşinqtonun öz qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası”nın tərkibinə daxil edəcəyi gözləntiləri vardı, xüsusilə ittifaq üzvü olmayan Kanadanın missiyaya qoşulmasından sonra. ABŞ-ın qüvvələrini Aİ-dən kənar yerləşdirməsinin birdən çox mümkün səbəbi görünür.

Birincisi, Tramp Administrasiyasının mümkün addımlarından qaynaqlana bilər: Trampın ilk hakimiyyəti dövründə Aİ ilə yaşanan problemlərin təkrarlanması gözləntiləri var, Avropada sağçılarla yaxınlığı, Qrenlandiyaya görə Danimarka ilə mübahisələr də bunu deməyə əsas verir; Vaşinqton-Brüssel xəttində gözlənilən qarşıdurma ABŞ qüvvələrinin Aİ tərkibində Ermənistandakı fəaliyyətinin dayanıqlılığına maneə yarada bilər;

İkincisi, Vaşinqtonun Ermənistana çoxsaylı qüvvə yerləşdirmək planından irəli gəlir: Aİ missiyasının tərkibi məhdud olduğu üçün ABŞ-ın “kvotası” az olacaqdı;

Üçüncüsü, Bakının İrəvana tələbləri fonunda Ermənistanın mövqelərini gücləndirmək məqsədi daşıyır: sülh sazişində razılaşdırılmayan tələblərdən biri üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasıdır, Ermənistan Aİ missiyasının vaxtını uzatmaqla bundan imtina etdi, hərçənd, bölgədə hadisələrin mümkün inkişafında missiyanın çıxarılması, yaxud ən azı sərhəddən uzaqlaşdırılması da baş verə bilər; Bayden Administrasiyası Amerika qüvvələrinin bu ssenari ilə üzləşməməsi üçün Aİ-dən kənar şəkildə yerləşdirir;

Dördüncüsü, ABŞ-ın “gömrük və sərhəd mühafizəsi komandası”nın Aİ missiyasından fərqli olaraq, patrul xidməti göstərməyəcəyi, əvəzində erməni hərbi birləşmələrinin əməliyyatlarının planlaşdırılması və koordinasiya edilməsində iştirak edəcəyi mümkündür;

Beşincisi, Bayden Administrasiyası Rusiyanın Ermənistanda boşalan yerindən daha çox pay əldə etmək və bölgədəki mövqelərini gücləndirmək məqsədilə birbaşa öz qüvvələrini yerləşdirmək gedişi edir;

Trampın sələfinin bu qərarına münasibəti hələki bəlli deyil, lakin Baydenin addımının mövcud vəziyyətdə Bakı-İrəvan sülh danışıqlarını çətinləşdirəcəyi, – üçüncü qüvvələrin sərhəddə olmaması tələbi – bölgədə geosiyasi qarşıdurmanı körükləyəcəyi və sabitliyi təhdid edəcəyi aydın görünür.

Asif Nərimanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri