Icma.az
close
up
RU
Azərbaycanla münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır ŞƏRH

Azərbaycanla münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır ŞƏRH

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Xankəndi şəhərində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu beynəlxalq sammitə ev sahibliyi edir.

“Bu, heç şübhəsiz Azərbaycanın qlobal mənada strateji aktora çevrilməsinin bariz nümunəsidir. Qarabağın beynəlxalq əməkdaşlıq məkanı kimi yeni imicinin formalaşması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu, artıq Qarabağın konflikt zonası kimi deyil, inkişaf, əməkdaşlıq və regional inteqrasiyanın mərkəzi kimi beynəlxalq nüfuzunu artırır. Forumun gündəliyinə regional ticarət, enerji, nəqliyyat, iqlim və dayanıqlı inkişaf mövzuları daxildir. Sammitdə Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və “yaşıl enerji zonası” kimi təşəbbüslər müzakirə olunacaq. İnvestisiya axınının stimullaşdırılması, Qarabağ bölgəsinə olan marağın daha da artırılması, ticarət və logistika dəhlizlərinin genişlənməsi, Qarabağ bölgəsinin iqtisadi bərpası və İƏT ölkələrinin bu prosesə cəlbi, Azərbaycan məhsullarının İƏT dövlətlərinə ixracı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində gözlənilən razılaşmalar ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Sammit Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini də gücləndirəcək. Xankəndi və bütövlükdə Qarabağın turizm potensialını artıracaq. Yerli məşğulluğun artırılmasına mühüm töhfələr verəcək”, - deyə AQC sədri bildirib.

Rusiyada azərbaycanlı miqrantlara qarşı hücumlarından danışan iqtisadçı ekspertin sözlərinə görə, qeyri-dost münasibət, ilk növbədə Rusiyanın özünə zərbədir: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Texnologiya çatışmazlığı, idxal-ixrac məhdudiyyətləri və kapital axınının azalması baş verməkdədir. Daxildə demoqrafik geriləmə müşahidə olunur. Əhali sayı azalır, “beyin axını” formasında ölkəni yüzminlərlə mütəxəssis tərk edir”.

Vüqar Oruc qeyd edib ki, Rusiyada əmək böhranı yaşanır və rəsmi Moskva bu problemi miqrantların və qeyri-rus əhalisinin hesabına kompensasiya edir.

“Şimal qonşumuz miqrantlardan imtina etsə, daxildə sosial problemlər qarşısıalınmaz xarakter alacaq. Rusiya, həmçinin Qərblə, böyük dünya gücləri ilə böhran vəziyyətindədir və Azərbaycanla da münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır. Bu baxımdan Moskva radikal mövqeyindən əl çəkməli və daxildəki ifrat qrupları zərərsizləşdirməlidir”, - deyə AQC sədri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri