ABŞ ballistik raketi ilk dəfə uğurla zərərsizləşdirib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Hind-Sakit Okean regionunda Quam adasının sahillərində ortamənzilli ballistik raketin tutulması üzrə ilk uğurlu sınağını keçirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Quamın Andersen Hərbi Hava Qüvvələri bazasındakı şaquli buraxılış qurğusundan buraxılmış "Standard Missile-3 Blk IIA" raketi adanın şimal-şərqi sahillərindən 200 dəniz milindən çox uzaqlıqda Hərbi Hava Qüvvələrinin "C-17 Globemaster III" təyyarəsindən atılan ortamənzilli ballistik raketi tutub.
ABŞ Müdafiə Nazirliyi “düşmən” tərəfindən artan raket təhdidləri ilə əlaqədar Quamın müdafiəsini gücləndirməyə davam edəcəyini qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Dekabr 2024 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















