ABŞ bankı Azərbaycanın layihələrinə maliyyə dəstəyi üçün alətlər təqdim edəcək
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
ABŞ-nin İxrac-İdxal Bankı (US EXIM Bank) Azərbaycanın enerji və "yaşıl keçid," translogistika və innovasiya layihələrinə maliyyə dəstəyi göstərmək üçün alətlər təqdim edəcək. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
"Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti ilə birgə "US EXIM Bank"ın prezidenti və sədrinin baş müşaviri ilə keçirdiyimiz görüşdə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində əldə olunan nailiyyətlər, böyük investisiya layihələrinin icrası üçün açılan yeni perspektivlər barədə səmərəli müzakirələr aparılıb", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















