ABŞ BMT ni yenidən DİZAYN EDİR “Öncədən proqnoz vermək çətindir”
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
“ABŞ BMT-ni yenidən dizayn etmək istəyir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli bildirib.
ABŞ-nin Respublikaçılar partiyasının ölkəni BMT-dən çıxarmaq üçün nəzərdə tutulan qanun layihəsini təqdim etməsini şərh edən partiya sədri hesab edir ki, Amerikanın BMT-dən çıxmaq üçün heç bir səbəbi yoxdur:
“Yeni hansısa bir format yaranmadan ABŞ BMT-dən çıxmaz və çıxması da mümkün deyil. Sadəcə Respublikaçılar Partiyasının bu təşəbbüsü bu məsələyə diqqəti cəlb etmək və yeni oyun qaydalarının formalaşmasını sürətləndirməyə hesablanıb”.
N. Cəfərli hesab edir ki, ABŞ qurumdan çıxmağı deyil, yenidən dizayn etməyi düşünür:
“ABŞ o qurumdan ona görə çıxmaz ki, əlində açarları var. Yəni o qurum vasitəsilə idarə edə biləcəyi açarları var, niyə imtina etsin ki? Həm də ABŞ BMT-nin 5 daimi üzvündən biridir. Ona görə də ayrılacağını düşünmürəm, amma BMT-nin format, yenidən dizayn olunmasına çalışacaqlar. Alınacaq, ya alınmayacaq, öncədən proqnoz vermək çətindir. Ona görə ki, BMT-nin 5 daimi üzvünün artırılması məsələsi uzun zamandır müzakirə olunur. Hindistan, Türkiyə, eləcə də müsəlman dünyasının təmsilçiləri kimi Səudiyyə Ərəbistanı da orada olmaq istəyir. Alınacaq, ya yox, bu, gələcək danışıqların nəticəsində müəyyənləşəcək”.
Yenicag.az
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















