Hüseyn Məhəmmədov: Bu səbəbdən proqnoz vermək çətindir
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Hər iki komanda mənim üçün doğmadır. Futbolda ilk addımlarımı "Turan"da atmışam. Bu komanda mənim üçün məktəbdir". Bu sözləri Sport24.az-a açıqlamasında Hüseyn Məhəmmədov deyib.
Veteran qapıçı Misli Premyer Liqasının XXIII turunda bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:
"Turan Tovuz" karyeramın başlandığı yerdir. Amma hər iki klub mənim üçün doğmadır. "Neftçi" ilə əldə etdiyim qələbələr yaddan çıxmaz. Ömrümün sonunadək unutmayacağım qalibiyyətlər var. Hər iki kollektivdə çempionluq yaşamışam. Hər ikisini doğma bilirəm. Bu səbəbdən oyun haqqında proqnoz vermək mənə çətindir. Hər iki komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Çox maraqlı matç olacaq Şanslar bərabərdir. "Neftçi" çempionata istənilən səviyyədə yaxşı start verə bilmədi, xallar itirdi. Buna baxmayaraq toparlanıblar, avrokuboklara düşmək istəyirlər".
Qeyd edək ki, bu gün baş tutacaq "Neftçi" - "Turan Tovuz" oyunu saat 20:30-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 09 Mart 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















