Icma.az
close
up
RU
ABŞ Ermənistan üzərindən regionu yenidən dizayn edir ŞƏRH

ABŞ Ermənistan üzərindən regionu yenidən dizayn edir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Zəngəzur gedişi və Vensin səfəri Cənubi Qafqazın taleyini dəyişə bilər

ABŞ nümayəndələrinin Cənubi Qafqaza səfərləri regionda diqqət mərkəzindədir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin fevralın 9-da Ermənistana gözlənilən səfərinin əsas gündəmi TRIPP/Zəngəzur dəhlizi layihəsinin işə salınmasıdır. Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, layihənin icrası üçün məsul şirkətin yaradılması, idarəetmə və nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi, maliyyələşmə və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin ABŞ-Ermənistan arasında dinc nüvə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri də gündəmə gələcəyi gözlənilir. 

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında bildirib ki, Devid Vensin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində Zəngəzur dəhlizinin TRIPP marşrutu ilə bağlı əldə olunan razılaşmalarının icrası istiqamətində müvafiq danışıqlar aparılacaq.

"Layihənin texniki və institusional bazasının yaradılması, eləcə də tikintinin mərhələli şəkildə həyata keçirilməsi üçün atılmalı olan addımların müzakirəsi və razılaşdırılması şərtdir. 

Lakin ABŞ üçün Vensin səfəri sadəcə ABŞ-Ermənistan münasibətlərini inkişaf etdirməkdən ibarət deyil. Səfər özündə daha geniş məqsəd daşıyır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın, Ermənistanın və hətta Gürcüstanın tranzit imkanlarını birləşdirən vacib geoiqtisadi arteriyadır. ABŞ bu dəhlizin təhlükəsiz və etibarlı işləməsini təmin etməklə, Cənubi Qafqazda iqtisadi və geosiyasi təsirini artırmaq istəyir. Eyni zamanda, dəhlizin fəaliyyəti ABŞ-nin regional enerji və nəqliyyat təhlükəsizliyi maraqlarına xidmət edir. Digər mühüm aspekt geosiyasi balansla bağlıdır. ABŞ Ermənistana olan Rusiya və İran təsirinə qarşı müəyyən tarazlıq yaratmaq niyyətindədir. Bu, ABŞ-nin bölgədəki strateji mövqeyini gücləndirmək baxımından olduqca vacibdir".

Politoloq səfər çərçivəsində nüvə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağına dair məlumatların olduğunu qeyd edib: 

"Bu onu göstərir ki, söhbət təkcə texniki və elmi əməkdaşlıqdan deyil, həm də ABŞ-nin Ermənistanı strateji tərəfdaş kimi cəlb etməsi ilə bağlı uzunmüddətli plandan gedir. Belə yanaşma Vaşinqtonun İrəvan üzərində nüfuzunu artırmaq, eyni zamanda Ermənistanın Rusiya asılılığını azaltmaq məqsədi güdür.

Ermənistan üçün səfərin əhəmiyyəti həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik aspektlərində böyükdür. TRIPP/Zəngəzur dəhlizi ölkənin tranzit imkanlarını genişləndirir, gələcək iqtisadi fayda perspektivi yaradır. Eyni zamanda, ABŞ-nin layihəyə və texnoloji əməkdaşlığa cəlbi Ermənistana olan kənar təsirləri minimallaşdırmaq baxımından da önəm daşıyır".

Analitik Vensin Azərbaycan və Ermənistana səfərlərinin strateji baxımdan ABŞ-nin regional mövqeyini möhkəmləndirdiyini deyib:

"ABŞ-nin səfərləri regionda geosiyasi proseslərin gələcək istiqamətini müəyyənləşdirə biləcək vacib hadisə kimi qiymətləndirilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri