Icma.az
close
up
RU
“Dünya yenidən dizayn olunur”

“Dünya yenidən dizayn olunur”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ və İsrail tərəfdən İrana edilən hücumlar əslində gözlənilən idi. Ona görə də, belə hücumlar təəccüblə qarşılanmadı”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Beynəlxalq hüququn deqradasiyası, qlobal təhlükəsizliyə təhdidlərin artması dünyanın təhlükəsizlik arxitekturasının dəyişməsini  zəruri etmişdi. Formalaşmaqda olan Çin-Rusiya-İran xəttinin gələcəkdə təhlükəli güc mərkəzinə çevrilməsi təbii ki, həm əvvəlki, həm də hazırkı ABŞ administrasiyasının narahatlığını artırmışdı. Çini ucuz xammal bazası kimi istifadə etdiyi Venesuela, İran kimi mənbələrdən məhrum etmək ABŞ-ın strateji maraq dairəsindədir. Artıq Venesuela tamamilə ram edilib, İranda ediləcək.

Həmçinin bu gün Ukrayna bataqlığında qalan Rusiyanın Orta Şərqdən, Cənubi Qafqazdan, Türküstandan (Mərkəzi Asiyadan) əlləri kəsilməkdədir.  Təbii ki, davamlı müqavimətin olması, hətta ABŞ-ı uzunmüddətli münaqişlərə cəlb etmək, Orta Şərqi davamlı müharibə meydanına çevirmək cəhdləri gözləniləndir. İranda 40 ildən artıq davam edən bir mürtəce siyasi rejimin qısa müddətdə çökməsi inandırıcı deyil. Amma Amerikanın strateji  planlarında bu rejimi dəyişmək əsas hədəflər sırasında olduğu görünür.

Son bir neçə ayda müxtəlif məkanlarda davam edən ABŞ, İran nümayəndələrinin danışıqlarında İran tərəfi razılığa gələ bilsəydi, o zaman  qisməndə olsa rejimi xilas etmiş olacaqdılar. Amma, lakin iranlıların dirənişi, gurultulu bəyanatları müharibəni qaçılmaz etdi. 

Əlqərəz, dünya yenidən dizayn olunur. Belə dəyişiklikdən böyük itikilərə məruz qalmaq yox, faydalanmaq mümkündür”.

Əkrəm Bəydəmirlinin fikrincə, yeni dünya düzənində Azərbaycan-Türkiyə birliyi, türk dövlətlərinin cəsarətli həmrəyliyi, ümumilikdə, türk dünyasının güc mərkəzi kimi formalaşma prosesini sürətlənə bilər:

“O zaman bir çox təhlükələrin qarşısını almaq  mümkün olar.  Hazırda bəzi güc mərkəzlərinin zəifləməsi prosesində və həmçinin geosiyasi  baxımdan Türk Dövlətləri Təşkilatının gələcəkdə vahid güc mərkəzinə çevrilməsi regionda sabitliyə ən böyük töhfə olar”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Mart 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri