Icma.az
close
up
RU
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur TƏHLİL

ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan və Özbəkistanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na təsisçi kimi daxil olması, Azərbaycan və Ermənistanın da eyni platformada yer alması təsadüf deyil. Bu, nə diplomatik jestdir, nə də humanitar romantika. Bu, ABŞ-ın Cənubi Qafqaz və Türküstanı eyni strateji paket kimi oxumağa başladığının açıq siqnalıdır.

Bu gün əsas sual “ABŞ bölgəyə diqqət ayırırmı?” deyil.

Sual budur: ABŞ bölgədə təsirini hansı üsulla artırır?

Cavab sadədir: tankla yox, platforma ilə; baza ilə yox, koordinasiya ilə; ultimatumla yox, normallaşma dili ilə.
“Sülh Şurası” hüquqi baxımdan zəif ola bilər. Amma geopolitikada institutlar həmişə kağız üzərində zəif başlayır. Güclü olan niyyət və ardıcıllıqdır. Vaşinqton artıq anlayıb ki, Rusiya köhnə imperiya refleksləri ilə, İran isə ideoloji isterika ilə bu bölgəni saxlaya bilməz. Çin isə iqtisadi təsir qurur, amma təhlükəsizlik yükünü daşımaq istəmir. Bu boşluqda ABŞ yeni rol biçir: arxitekt rolunu.

Azərbaycan bu arxitekturanın mərkəzindədir. Çünki Bakı təkcə Cənubi Qafqazın yox, Türküstan–Anadolu xəttinin də kilid nöqtəsidir. Enerji, tranzit, təhlükəsizlik və normallaşma eyni anda burada kəsişir. ABŞ bunu görür. İran da görür və məhz buna görə əsəblər bu qədər gərgindir.

Tehranın yüksək səviyyəli rəsmisinin “dəhliz Trampın muzdlu qüvvələri üçün qəbiristanlıq olacaq” deməsi diplomatik mövqe deyil. Bu, panikanın etirafıdır. Çünki İran anlayır: ABŞ-Azərbaycan yaxınlaşması tək başına təhlükə deyil; Türkiyə, Türküstan və Qərb koordinasiyası ilə birlikdə təhlükəlidir.

Əsas məsələ Cənubi Azərbaycandır. Bu mövzu illərdir susdurulub, ya da folklor səviyyəsinə endirilib. Amma indi vəziyyət dəyişir. ABŞ bu mövzunu açıq şəkildə qaldırmır, amma onu təcriddən çıxarır. Geopolitikada bəzən ən böyük dəyişiklik səssiz olur.

Bu, Cənubi Azərbaycan üçün sabah müstəqillik demək deyil. Bu, bayraq dəyişimi də deyil. Amma bu, xaos zamanı tam sahibsiz qalmamaq deməkdir. İran post-Xamneyi dövrə girərsə, parçalanma və ya dərin böhran yaşanarsa, Cənubi Azərbaycan ilk dəfə olaraq beynəlxalq gündəmdə “kor zona” olmayacaq.

ABŞ-ın Almaniya nümunəsində etdiyi də buydu: əvvəl platforma, sonra institut, daha sonra struktur dəyişimi. Burada da eyni mexanizm işə düşə bilər-fərqli coğrafiyada, fərqli sürətlə, amma eyni məntiqlə.

Bu proses nə Qərbin xeyirxahlığıdır, nə də romantik demokratiya ixracı. Bu, soyuq güc hesabıdır. ABŞ bölgədə qayıtmır, ABŞ bölgədə oyunun qaydasını dəyişir.

Ən vacib nəticə isə budur: bu dəfə oyun təkcə Tehran və Moskva arasında getmir. Bakı masadadır. Ankara yanındadır. Türküstan oyundadır. Bu, köhnə imperiyalar üçün pis xəbərdir.

Və geopolitikada pis xəbərlər adətən gec-tez gerçəyə çevrilir.

Elbəyi Həsənli. Sürix 

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri