Icma.az
close
up
RU
Gürcüstan Rusiyanın orbitinə qayıtmır, başqa istiqamət seçir TƏHLİL

Gürcüstan Rusiyanın orbitinə qayıtmır, başqa istiqamət seçir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Saakaşvilinin bəyanatları daha çox siyasi təbliğatın tərkib hissəsi təsiri bağışlayır

Gürcüstanın siyasi gündəmi sabiq prezident Mixeil Saakaşvilinin açıqlamaları ilə çalxalanıb. Sabiq prezident keçmiş baş nazir Bidzina İvanişvilinin ünvanına təhqiramiz ifadələr səsləndirib. M.Saakaşvili bildirib ki, Abxaziya və Sxinvali bölgələrinə intensiv yanacaq tədarükü hərbi-siyasi prosesə hazırlığın əlamətidir.

Sabiq prezident 2012-ci ildə Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Bidzina İvanişvilinin Moskvanın dəstəyi ilə hakimiyyətə gəldiyini iddia edib. M.Saakaşvilinin sözlərinə görə, B.İvanişvili Rusiyanın “dəstəyi” qarşılığında Gürcüstanın milli maraqlarını qurban verir. Sabiq prezidentin iddialarına görə, Moskva avqust ayının əvvəlində B.İvanişviliyə iki fərqli müqavilə layihəsi göndərib. Sabiq prezidentin iddialarına görə, birinci sənəd Rusiya ilə diplomatik əlaqələrin bərpasını və Qərbə qarşı birgə mövqe tutulmasını nəzərdə tutur. İkinci sənəd isə birbaşa Abxaziya və Sxinvali bölgələri ilə bağlıdır. Həmin sənəddə, separatçı rejimlərin müstəqil subyekt kimi tanınması və Gürcüstanın onlara qarşı hərbi güc tətbiq etməyəcəyinə dair zəmanət verməsi tələb olunur. M.Saakaşvili bütün bunlara imza atmaq üçün hazırki baş nazir İrakli Kobaxidzenin Moskvaya gedəcəyini bildirib. Xatırladaq ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Hazırda isə faktiki olaraq hər iki bölgə Rusiyanın güclü siyasi-hərbi təsiri altındadır. M.Saakaşvili «separatçı rejim» dedikdə yerli qondarma idarəçiliyi nəzərdə tutub.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, M.Saakaşvilinin, B.İvanişvilinin rəhbərlik etdiyi komanda ilə bağlı iddiaları hər zaman gündəmdə olub:

“Hər iki liderin bir-birinə qənim kəsilməsi 2012-ci ilə söykənir. Parlament seçkilərində B.İvanişvilinin başçılıq etdiyi "Gürcü Arzusu" koalisiyası, M.Saakaşvilinin "Birləşmiş Milli Hərəkat" partiyasına qalib gələrək, hakimiyyətə gəldi. Saakaşvili prezident postunu tərk etdikdən sonra İvanişvilinin rəhbərlik etdiyi yeni komanda Qərblə uzaqlaşma siyasəti yürüdüb, Rusiya ilə daha loyal münasibətlər sərgiləməyə başladı. Lakin məsələ yalnız Gürcüstanın avrointeqrasiya kursundan imtina etməsi ilə məhdudlaşmır. Sadəcə olaraq, İvanişvili hökuməti bölgədəki reallıqlara daha soyuqqanlı yanaşmağa başladı. Təbii ki, bu da Qərbin əsas dəstək verdiyi Gürcüstan (Saakaşvilinin də olduğu) müxalifətinin hakimiyyətlə bağlı bu cür iddialarla çıxış etməyə məcbur buraxdı. Əslində Saakaşvilinin açıqlamaları Gürcüstanın daxili siyasi seqmentindəki mübarizənin bir parçasıdır. Mövcud Gürcüstan rəhbərliyinin torpaqları Rusiyaya de-yure qaydada təslim etməsi reallıqdan uzaqdır. Rəsmi Tblisi Rusiya ilə əməkdaşlığı davam etdirmək siyasətini açıq şəkildə elan etsə də, ölkənin ərazi bütövlüyü və işğal olunmuş torpaqların qaytarılması prinsipindən geri çəkilmir”. 

Politoloqun sözlərinə görə, ərazi məsələsi iqtidar və ya müxalifətin mövzusu deyil:

“Bu, birbaşa Gürcüstan xalqının və Gürcüstan dövlətinin taleyüklü məsələsidir. Ona görə də hesab edirəm ki, Gürcüstan hökumətinin mövcud siyasəti işğal olunmuş ərazilərin azad edilməsi perspektivlərini zəiflədir. Əslində, bu da mövcud reallıqlardan qaynaqlanır. Çünki Gürcüstan rəhbərliyi anlayır ki, Ukrayna müharibəsi fonunda Moskvaya qarşı atılacaq hər hansı addım Rusiya tərəfindən ikinci cəbhənin açılması kimi qəbul olunacaq. Bu da avtomatik olaraq Rusiyanın Gürcüstana yeni hücumunu şərtləndirə bilər. Təbii ki, Ukrayna müharibəsində zəifləyən Rusiyanın bu hücumda nə qədər effektiv ola biləcəyi sual altındadır. Amma bütün hallarda Gürcüstan yeni bir müharibəyə sürüklənə bilər. Hansı ki, Ukrayna müharibəsi başlayandan sonra Qərb ölkələri Cənubi Qafqazda məhz Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılmasına çalışırdılar. Bununla bağlı Gürcüstan rəsmilərinin açıqlamaları da var. Tbilisi bu riskə getmir”. 

A.Nərimanlının fikrincə, Gürcüstan höküməti Rusiya ilə münasibətləri yumşaltmaqla işğal olunmuş ərazilər məsələsini dondurmaq taktikasını seçir:

“Bu şərait isə işğal altındakı torpaqların azad edilməsi perspektivini zəiflətməklə yanaşı, prosesin həllini ləngidir. Ancaq qeyd etdiyim kimi, bu, Gürcüstan hökumətinin işğal olunmuş ərazilərdən imtina etdi anlamına gəlməməlidir. Mövcud kontekstdən yanaşdıqda, Saakaşvilinin bəyanatları daha çox siyasi təbliğatın tərkib hissəsi təsiri bağışlayır. Gürcüstan hökumətinin hazırkı siyasətini tamamilə Rusiyanın orbitinə qayıtmaq kimi qəbul ertmək də doğru olmazdı. Çünki Gürcüstan hökuməti daha balanslaşdırılmış mövqe nümayiş etdirməyə çalışır. Cənubi Qafqazın mövcud siyasi reallıqları göstərir ki, regionda mövcudluğu qorumaq, sabit inkişafı təmin etmək və gələcəkdə ərazi bütövlüyünün bərpası imkanlarını saxlamaq üçün ən doğru yanaşma budur. Məsələn, Azərbaycan məhz bu müdrik siyasi kursa söykənərək, tarixi Zəfərə imza atdı. Azərbaycan təcrübəsi də göstərir ki, Gürcüstan hökumətinin tutduğu mövqe daha real və praqmatikdir. Əslində, hazırda Rusiya hazırda Tbilisi üçün yeganə alternativ deyil. Gürcüstan ABŞ və Avropa ilə əməkdaşlığı saxlamaqla yanaşı, əsas alternativi Çində görür. Çinin Gürcüstana və Cənubi Qafqaza yatırdığı investisiyalar, eləcə də Avrasiya geosiyasi məkanında Rusiyadan daha üstün mövqeyi Tbilisinin diqqətini məhz Pekinə yönəldir. Bu baxımdan, Gürcüstanın yenidən Rusiyanın orbitinə qayıtması ehtimalı daha çox siyasi spekulyasiya təsiri bağışlayır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see252

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see221

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see220

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see219

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see213

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see200

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see192

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see192

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see190

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see189

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see187

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see187

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see185

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see182

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see174

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see174

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see173

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see171

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri