Icma.az
close
up
RU
ABŞ Yaxın Şərqdən Cənubi Qafqaza qədər cəbhə qurur TƏHLİL

ABŞ Yaxın Şərqdən Cənubi Qafqaza qədər cəbhə qurur TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İbrahim razılaşmalarını təkcə regional normallaşma təşəbbüsü kimi deyil, ABŞ-nin Çinə qarşı yönəlmiş qlobal geosiyasi strategiyasının mühüm alətlərindən biridir”

ABŞ-nin vasitəçiliyi ilə 2020-ci ilin son rübündə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında “İbrahim razılaşmaları” kimi tanınan bir sıra sazişlər imzalanıb. Sənəd, İsrail ilə ərəb dünyası arasında diplomatik münasibətlərin normallaşdırılmasına xidmət edir. Sazişlərdə Fələstin məsələsi qeyd edilsə də, problemin həlli kənarda qalıb. Məhz bu amil “İbrahim razılaşmaları”nın regional və beynəlxalq səviyyədə birmənalı qarşılanmamasına səbəb olub. Bəzi siyasi dairələr razılaşmaları Yaxın Şərqdə siyasi və iqtisadi münasibətlər baxımından dönüş nöqtəsi kimi dəyərləndirsə də, digər tərəfdən ciddi etirazlarla qarşılanır. Son dövrlər sazişlərin təsir coğrafiyası Yaxın Şərq çərçivəsindən çıxaraq türk dünyası istiqamətində genişlənməkdədir. Qazaxıstanın da “İbrahim Razılaşmaları”na qoşulması prosesin yeni geosiyasi mərhələyə daxil olduğunu göstərir. Mövcud müzakirələr isə gələcəkdə digər türk-müsəlman dövlətlərinin sazişə cəlb olunması ehtimalını gündəmdə saxlayır.

Mövzu ilə əlaqədar politoloq Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, İbrahim razılaşmalarının coğrafi miqyasının genişləndirilməsi ABŞ-nin geosiyasi strategiyasının tərkib hissəsidir:

“İbrahim razılaşmalarının əsas hədəfi Fələstin məsələsinin İsrailin maraqları çərçivəsində həllinə nail olmaqdır. ABŞ ərəb ölkələri ilə İsrail arasında münasibətləri normallaşdırmaqla ərəb dünyasının Fələstin məsələsindəki sərt mövqeyini yumşaltmağa çalışır. Bu yanaşma İsrailin maraqlarını önə çıxarsa da, prosesin tamamilə radikal ssenari üzrə inkişaf edəcəyi real görünmür. Çünki Fələstin dövləti həm BMT tərəfindən tanınır, həm də ərəb ölkələri üçün əsas şərtlərdən biridir. ABŞ də anlayır ki, Fələstin məsələsində minimum konsensus əldə olunmadan regionda davamlı sabitliyə nail olmaq mümkün deyil. “İbrahim razılaşmaları”nın gələcəkdə Mərkəzi Asiya ölkələrini və Azərbaycanı da əhatə etməsi ABŞ-nin Çinə qarşı yönəlmiş qlobal planlarından biridir. Çünki ABŞ üçün Yaxın Şərqdə də əsas geosiyasi rəqib Çindir”. 

Politoloqun sözlərinə görə, ABŞ-nin əsas hədəfi Yaxın Şərqdə öz təsir imkanlarını gücləndirməkdir:

“ABŞ-nin məqsədi Çinin sərhədlərinə yaxın ərazilərdən başlayaraq, Avropaya qədər uzanan nəqliyyat və ticarət marşrutlarının yerləşdiyi coğrafiyada öz təsir imkanlarını gücləndirməkdir. Bu, Çinin Avrasiya üzərindən Avropaya çıxışını tamamilə kəsmək anlamına gəlmir. Ticarət əlaqələri davam edəcək. Lakin Vaşinqton proseslərin öz nəzarəti altında həyata keçirilməsində maraqlıdır. Son iki onillikdə Çin Körfəz və ərəb ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığını ciddi şəkildə genişləndirib, hətta İsrail üzərində belə təsir imkanları formalaşdırıb. Vaşinqton İbrahim razılaşmaları vasitəsilə Çinin Yaxın Şərqdəki mövqelərini zəiflətməyi və regionu İsrailin təhlükəsizlik maraqları prizmasından yenidən dizayn etməyi hədəfləyir. “İbrahim sazişi”nin Yaxın Şərqlə yanaşı Mərkəzi Asiya ilə Cənubi Qafqazı da əhatə etməsi ABŞ-nin qlobal strategiyasının tərkib hissəsidir”. 

A. Nərimanlı “İbrahim razılaşmaları”na Cənubi Qafqaz prizmasından da yanaşıb:

 “ABŞ eyni strateji məqsədlə iki paralel istiqamətdə (Yaxın Şərqdə və Orta Dəhliz boyunca uzanan Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində) siyasət yürüdür. Bayden administrasiyasının bu prosesdə əsas strateji səhvlərindən biri Orta Dəhliz kontekstində Cənubi Qafqazda Ermənistan üzərindən irəliləməyə cəhd etməsi oldu. Tramp administrasiyası isə daha praqmatik yanaşma nümayiş etdirərək regional reallıqları nəzərə aldı. Nəticədə Bakı və İrəvan arasında Azərbaycanın maraqlarına uyğun razılaşmalar əldə olundu. Nəticə etibarilə, İbrahim razılaşmalarını təkcə regional normallaşma təşəbbüsü kimi deyil, ABŞ-nin Çinə qarşı yönəlmiş qlobal geosiyasi strategiyasının mühüm alətlərindən biridir”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri