Icma.az
close
up
RU
Tehran İrəvan qarşıdurması, ABŞ ni bölgəyə gətirən İran TƏHLİL

Tehran İrəvan qarşıdurması, ABŞ ni bölgəyə gətirən İran TƏHLİL

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

8 avqust Azərbaycan-ABŞ-Ermənistan arasında Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı Üçtərəfli Birgə Bəyannamədən sonra Tehranla İrəvan arasında ciddi gərginlik yaşanmaqdadır. Artıq İran prezidenti Məsud Pezeşkianla Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər nazirləri Ararat Mirzoyanla Abbas Araqçi arasında Birgə Bəyannamə və Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflamasından sonrakı durum ciddi şəkildə müzakirə edilib. Tehran tərəfi ABŞ-la Ermənistanın birgə Zəngəzurda “Tramp yolu” tikintisindən çox narahatlığını İrəvan tərəfinə çatdırıb. Tehran ABŞ-ın onun şimal sərhədində mövcudluğunu istəmədiyini açıq şəkildə İrəvanın diqqətinə çatdırıb.

Tehranla İrəvan arasındakı bu gərginlik Ermənistan xarici işlər nazirinin müavininin İrana səfəri zamanı daha detallı şəkildə müzakirə ediləcək.

ABŞ-ın Cənubi Qafqazda, xüsusən də İranın şimal sərhədində mövcudluğu Tehranın yürütdüyü siyasətin məntiqi nəticəsidir. 

2020-ci il 10 noyabr Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli sülh bəynatının 9-cu bəndi açıq şəkildə Azərbaycanın Naxçıvanla maneəsiz birbaşa əlaqəsini nəzərdə tutsa da, Tehran qəti şəkildə buna qarşı çıxdı. Tehran müharibədə məğlub tərəf kimi İrəvanın Zəngəzur dəhlizini reallaşdırması ilə bağlı üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə hər vəchlə mane oldu. Tehranın mövqeyi ondan ibarət oldu ki, Zəngəzur dəhlizinin reallaşması Ankarının Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir dairəsinin genişlənməsinə, Türk dünyasının geosiyasi güc kimi formalaşmasına səbəb olacaq. Ona görə də Tehran Bakı və Ankaraya qarşı ciddi müqavimət göstərməyə başladı. Tehran hətta İran-Azərbaycan sərhədində hərbi təlimlər keçirməklə Bakı və Ankaraya hərbi-psixoloji təzyiq münasibətini sərgilədi. 

Bakının isə İrəvan qarşısında yekun və dayanıqlı sülhün əldə edilməsində əsas şərtləri sırasında Naxçıvanla Azərbaycanın digər ərazisi arasında maneəsiz gediş-gəlişin təmin olunması var idi. Bunsuz Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi qeyri-mümkün idi. Tehran da bunu yaxşı bilirdi və bölgədə öz təsir dairəsini təmin etmək üçün yekun sülhün əldə edilməsinə qarşı çıxırdı. 

İrəvan da yaxşı anlayırdı ki, Bakının şərtlərini icra etmədən üzləşdiyi izolyasiyadan çıxa bilməyəcək və bu da nəticə etibarilə Ermənistanın bir dövlət kimi çöküşünə gətirib çıxaracaq. 
İrəvan onu da başa düşürdü ki, Tehranın bu mövqeyi Ermənistan heç bir yaxşı perspektiv vəd etmir. 

Nəticədə İrəvanla Bakı yekun sülhə nail olmaq üçün dünyanın supergücü nəzarəti altında dəhlizin reallaşması və onun təhlükəsizliyinin təmin olunması barədə qarşılıqlı anlaşmaya gələ bildilər. 

Bununla da Tehran Cənubi Qafqazda yürütdüyü destruktiv siyasət ABŞ-ın bölgədə mövcudluğuna səbəb oldu.

Tehranda isə hazırda Zəngəzur dəhlizi ilə bağlı iki mövqe mövcuddur. İslahatçı qanadı təmsil edən prezident Məsud Pezeşkian komandası dəhlizin açılmasına loyal mövqe sərgiləyir və bəyan edir ki, yol müəyyən mənada onların da marağına cavab verir. Çünki realaşacaq dəhlizə Ermənistanın yurisdiksiyasında olmaqla ABŞ tərəfi nəzarət edəcək. Mühafizəkarlar isə qəti şəkildə buna qarşı çıxırlar. 

Amma Tehranın bundan sonra hansı mövqe sərgiləməsindən asılı olmayaraq Zəngəzur dəhlizi reallaşacaq və cəhdləri nəticə etibarilə iflasa uğrayacaq. Əgər Tehran bu məsələdə barışmaz mövqe sərgiləyərsə, özü bunun müəyyən əks nəticələri ilə üzləşə bilər. Tehran bu məlubiyyətlə barışmaq məcburiyyətində qalmalı olacaq. Başqa yol artıq yoxdur.

Tehran Bakı və Ankaranın iştirakı ilə dəhlizin reallaşmasına qarşı çıxmaqla özünü belə bir uğursuz duruma salmaqla həm geosiyasi, həm geoiqtisadi, həm logistika məsələsində itirən tərəf oldu. Tehran dəhlizin açılmasına qarşı açıq şəkildə çıxarsa, o zaman önün ilk növbədə ABŞ-ı görməli olacaq.

Qazanan tərəf isə Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya nəticəsində yenə də Azərbaycan oldu. 

Mürtəza Bünyadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri