Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb?
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb.
Paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər.
"Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vaxt ailə qura bilər. Bunun nə ziyanı var ki?!", - deyə sakinlərdən biri bildirib.
Digər bir vətəndaş isə vurğulayıb: "Hər yaşın öz dövrü var. Bəziləri deyir ki, təkdir, darıxır. Normal adam heç vaxt darıxmaz. Qəbul olunmuş adət-ənənələr var. Bu baxımdan, belə hallara çox pis baxıram".
Bəs insanlar niyə ahıl yaşda ailə qurmağa qərar verirlər? Qərarın arxasında tənhalıq, emosional ehtiyac, maddi maraq, yoxsa sosial səbəblər dayanır?
Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, yaşlı insanların daha çox sabitliyə və qayğıya ehtiyacları olur:
"Bu ehtiyaclar insanı yenidən ailə həyatı qurmağa sövq edə bilər. Məsələn, həyat yoldaşını itirmiş şəxs yenidən ailə qurmaq istədikdə cəmiyyətdəki müxtəlif yazılmamış qaydalarla üzləşir. Burada vacib məqam dialoqdur. Çünki insanın şəxsi həyatı ilə bağlı verəcəyi qərarı nə övladları, nə də valideynləri müəyyənləşdirməlidir. Tənhalıq insanın həm psixoloji, həm də fiziki ehtiyaclarını üzə çıxarır. Belə hallarda şəxs bəzən adekvat addım atmaya da bilər. Lakin insan yaşından asılı olmayaraq səhv etməkdən qorxmamalıdır. Evlilik psixoloji seçim olsa da, hüquqi baxımdan tənzimlənir. Buna görə də, seçimlərimizdə sağlam qərarlar verməyə çalışmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















