ABŞ Britaniyadakı daha bir aviabazadan təyyarələrini təxliyə edib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ hərbçiləri İran tərəfindən gələn təhlükə fonunda təyyarələrini Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinin Mildenholl aviabazasından başqa yerə köçürüblər.
Bakıvaxtı.az "Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirib.
Nəşrin məlumatına görə, Mildenholl bazasında yerləşən ABŞ-yə məxsus iki yanacaqdolduran təyyarə səhər saatlarında Almaniyaya yönləndirilib. Daha sonra həmin aviabazadan olan digər bir neçə yanacaqdolduran təyyarə də Almaniyaya və başqa yerlərə köçürülüb.
Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin Mildenholl aviabazası üçün yaranan təhlükə ABŞ rəsmiləri arasında hələ də müzakirə olunur.
Qərar, Kral Hərbi Hava Qüvvələrinin Ferford aviabazasında baş vermiş və İranla bağlı olduğu ehtimal edilən insidentdən bir neçə həftə sonra qəbul edilib. Bu fonda ABŞ bombardmançıları obyektdən çıxarılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Noyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















