ABŞ bu NATO ölkələrini cəzalandırmaq planı hazırlayır
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ İrana qarşı hərbi əməliyyatda Vaşinqtonu dəstəkləməyən bəzi NATO ölkələrini "cəzalandırmaq" planını nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasının adları çəkilməyən rəsmilərinə istinadən yayıb. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı təkliflər siyahısına ABŞ qoşunlarının bəzi alyans ölkələrindən çıxarılması daxildir.
Bundan əlavə, plana həmçinin bir NATO ölkəsində, ehtimal ki, İspaniya və ya Almaniyada ABŞ bazasının bağlanması da daxil ola bilər.
WSJ-nin yazdığına görə, eyni zamanda ABŞ Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrdə hərbi mövcudluğunu gücləndirə bilər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ittifaqdakı rolunu yenidən nəzərdən keçirəcəyini, lakin NATO-dan çıxmaq üçün Konqresin dəstəyinə ehtiyacı olacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 Aprel 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















