ABŞ bu ölkələrindəki konsulluqlarını bağlayır
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə çərşənbə axşamı NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada, xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.
Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.
Qeyd edək ki, Trampın inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Fevral 2025 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















