ABŞ da Azərbaycan təyyarəsinin vurulduğunu BİLDİRİR
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ hakimiyyəti Azərbaycana məxsus "Embraer 190" təyyarəsinin Rusiya tərəfindən vurulduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə AFP və CNN nəşrləri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib.
"İlk əlamətlər Rusiyanın hava hücumundan müdafiə sisteminin Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduğunu göstərir", - açıqlamada qeyd olunur.
Bundan əvvəl "Caliber" nəşri, "Euronews" kanalı və "Reuters" agentliyi təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Dekabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















