Icma.az
close
up
RU
Azərbaycan susmur və qəti etirazını bildirir

Azərbaycan susmur və qəti etirazını bildirir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar Rusiya tərəfinə müvafiq nota təqdim edilib

Çoxvektorlu müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan digər dövlətlərlə münasibətlərini paritet əsaslarla qurur və hər zaman  beynəlxalq hüquq normalarından çıxış edir. Ölkəmizin belə yanaşması həm coğrafi və əhali baxımından böyük, həm də kiçik dövlətlərə aiddir. Təəssüf ki, biz qonşu Rusiyadan respublikamıza qarşı eyni yanaşmanı izləmirirk.

Son illərdə Azərbaycan-Rusiya münasibətlərində məhz qarşı tərəfin məsuliyyətsizliyi səbəbindən  müəyyən ziddiyyətli proseslərin şahidi oluruq. Elə bu günlərdə Rusiya Ukrayna ərazisində Azərbaycana qarşı növbəti müharibə cinayətinə əl atıb.  Belə ki, iyunun 5-də axşam saatlarında Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi Rusiya silahlı qüvvələrinin  dron hücumuna məruz qalıb. Dron hücumu zamanı yanacaqdoldurma məntəqəsində partlayış baş verib və obyektə ciddi ziyan dəyib.

Ölkəmiz yaxın qonşuluq prinsipinə sadiq qalsa da...

Azərbaycan bütün region dövlətləri ilə münasibətlərini Prezident İlham Əliyevin dəfələrlə əsaslandırdığı “heç bir ölkə qonşularla yaxşı əlaqələr qurmadan inkişaf edə bilməz” tezisinə uyğun qurur. Belə yanaşma həmçinin şimal qonşumuz olan Rusiyaya da aiddir. Azərbaycan və  Rusiya 2022-ci il 22 fevral tarixində  “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Sənəddə iki ölkə arasında münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub.

Özlüyündə bu bəyannamə hər iki tərəf üçün məsuliyyət yaradır. Azərbaycan öz məsuliyyətini yaxşı başa düşür və Rusiya ilə xoş niyyətə əsaslanan qonşuluq siyasətini davam etdirməkdə maraqlıdır. Ölkəmizin yanaşması belədir ki, çoxvektorlu əməkdaşlıqda hər iki tərəfin milli maraqları qorunmalı və suverenlik prinsipinə əməl olunmalıdır.

Ancaq eyni sözləri Rusiya barəsində söyləmək mümkün deyil. Son vaxtlarda bu ölkədən, necə deyərlər, yenidən Şimal küləyinin əsdiyi müşahidə edilir. Xüsusilə də Rusiyanın ayrı-ayrı dairələrində Azərbaycan zaman-zaman əsassız hücumlara məruz qalır ki, bütün bunlar da iki ölkə arasında tarixən formalaşmış dostluq ənənələrinə, yuxarıda bəhs etdiyimiz bəyannamənin ruhuna ziddir. Buna aid çoxlu sayda misallar göstərmək mümkündür.  2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında vurulmasını xatırlayaq. Uzun müddət ərzində rəsmi Moskva hadisə ilə bağlı qeyri-müəyyən mövqe sərgilədi, iz azdırmağa, günahı başqalarının üzərinə atmağa çalışdı.  Ancaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradə ortaya qoyması Rusiyanı geri çəkilməyə, həqiqəti dilə gətirib üzr istəməyə və adekvat hüquqi addımlar atmağa məcbur etdi. Həmçinin vaxtaşırı Rusiyanın ayrı-ayrı şəhərlərində miqrasiya qaydalarının möhkəmləndirlməsi  bəhanəsi ilə azərbaycanlılara qarşı total hücumlar həyata keçirilir. Soydaşlarımız müxtəlif bəhanələrlə sıxışdırılır, təqib edilir, həbsə alınır və yaxud öldürülürlər. Bütün bunların konkret hansı cinayətlərə görə edildiyi isə izah olunmur. Əksinə, insanlığa, humanizm prinsiplərinə, yaxın qonşuluq münasibətlərinə zidd olan belə hadisələrlə paralel şəkildə Rusiyanın siyasi elitasına yaxın olan KİV-də Azərbaycana və xalqımıza münasibətdə “qara piar”a rəvac verilir...

Respublikamıza qarşı təkrarlanan müharibə cinayətləri

İyunun 5-də baş verən hadisə Rusiyanın Ukraynada Azərbaycana qarşı törətdiyi yeganə müharibə cinayəti deyil. Belə hallar mütəmadi olaraq təkrarlanır. Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini məqsədli şəkildə hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra ötən il avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildi. Eyni obyektə hücumlar bir neçə gün sonra yenidən təkrarlandı. Belə ki, avqustun 18-nə keçən gecə sözügedən neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qaldı. Verilən məlumatlara görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

2025-ci il noyabrın 14-də gecə saatlarında Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu zamanı “İsgəndər” tipli ballistik raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşmüşdü. Partlayış nəticəsində səfirliyin hasarının bir hissəsi tamamilə dağılmış, inzibati bina zədələnmiş, konsulluq şöbəsinə ziyan dəymişdi. Səfirliyə aid xidməti avtomobillər tamam sıradan çıxmışdı.

Bundan başqa, 28 avqust 2025-ci il tarixində də Azərbaycanın Ukraynadakı səfirliyinə qarşı təxribata yol verilib. Belə ki, səfirliyimizin yaxınlığına - təxminən 50 metr məsafəyə endirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binası, konsulluq şöbəsi və səfirin iqamətgahı zədələnib.  Qeyd etmək yerinə düşər ki, hələ 2022-ci ilin aprel ayında Ukraynadakı bütün Azərbaycan diplomatik nümayəndəliklərinin dəqiq koordinatları Rusiya tərəfinə rəsmi qaydada təqdim olunub və Rusiya Müdafiə Nazirliyi həmin koordinatların nəzərə alınacağını bildirib. Lakin faktlardan da göründüyü kimi, Rusiya  vədini yerinə yetirməyib və buna görə də hansısa bir izahat verməyə, üzr istəməyə lüzum görməyib.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin respublikamız humanizm prinsipindən çıxış etməklə Ukraynaya humanitar yardımlar göndərir. Rusiyanı qəzəbləndirən amillərdən biri də məhz budur. Şimaldan gələn siqnallardan aydın olur ki, rəsmi Moskva postsovet məkanında yerləşən dövlətlərin Ukraynaya dəstək verməsini heç cür sinirə bilmir və onları cəzalandırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan çəkinmir. Bütün bunlar isə Rusiyanın çarəsizliyinin göstəricisidir. Moskvada anlamalıdırlar ki, müharibə döyüş meydanında aparılır. Kreml təmsilçiləri Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsini tamam fərqli, reallıqla heç bir əlaqəsi olmayan baxış bucağından təqdim edirlər. Guya Azərbaycan Ukraynaya humanitar yardım yox, silah göndərib.

Bütün bunlar Rusiyanın hələ də imperiya təfəkkürünün girovluğunda qaldığını təsdiqləyir. Zaman dəyişsə də, Kremlin yaxın və uzaq coğrafiyalara münasibətdə siyasəti dəyişmir.

Rusiya izahat verməlidir

Ukraynada Rusiya ordusu tərəfindən Azərbaycana qarşı törədilmiş son müharibə cinayəti ölkəmizdə ciddi narahatlıqla qarşılanıb. Azərbaycan susmur və qəti etirazını bildirir. İyulun 6-da Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı, iyulun 5-də axşam saatlarında Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.

Görüşdə, həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən fəxri konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri