ABŞ da bir kişi J.D. Vance in evinə hücum etdi
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın vitse-prezidenti J.D. Vance-in Ohayodakı iqamətgahına bu gün, 5 yanvarda hücum edilib. Şübhəli şəxs saxlanılıb və istintaq davam edir.
Bu barədə RBC-Ukraine CNN və Vance-in X sosial media platformasındakı paylaşımına istinadən məlumat yayıb.
ABŞ Gizli Xidmətinin sözçüsü Entoni Quqlielminin sözlərinə görə, kişi "əmlaka ziyan vurduğuna, xüsusən də Vance ilə əlaqəli şəxsi iqamətgahın xaricindəki pəncərələri sındırdığına" görə həbs edilib.
Hadisə gecə yarısından qısa müddət sonra baş verib. Vitse-prezident və ailəsi həmin vaxt Ohayoda deyildilər.
"ABŞ Gizli Xidməti, ittiham qərarlarını nəzərdən keçirmək üçün Sinsinnati Polis Departamenti və ABŞ Prokurorluğu ilə əlaqələndirir", - deyə Quqlielmi bildirib.
Vans daha sonra sosial mediada narahatlığa görə minnətdarlığını bildirib və "dəli bir şəxsin" pəncərələri sındıraraq evinə girməyə çalışdığını bildirib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















