Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Ukrayna münaqişəsinin davamlı həlli üçün ölkəyə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və onun Avropa İttifaqına üzvlüyü istiqamətində irəliləyişin təmin olunması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sosial media hesabında yazıb.
O bildirib ki, son bir il ərzində Ukrayna və Avropa tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Ukraynanın gələcək təcavüzdən qorunması, Aİ-yə üzvlük yolunun dəstəklənməsi və müharibədən sonrakı iqtisadi inkişaf planının hazırlanması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.
Kuşnerin sözlərinə görə, Avropa İttifaqı, Dünya Bankı və digər tərəfdaşlarla hazırlanan iqtisadi plan Ukraynanın maliyyə sabitliyini, bərpasını, investisiya cəlbini və uzunmüddətli iqtisadi artımını hədəfləyir.
O qeyd edib ki, bu məqsədlərin həyata keçirilməsi Kiyevə Moskva ilə qalan mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Noyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















