“Bundan da yaxşı ola bilərik” Ayxan Abbasov
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan milli komandası növbəti matçını keçirib. Millimiz Andorra üzərində inamlı qələbə qazanıb (3:1).
QOL.az fanat.az-a istinadən xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk növbədə qalib gəlmək istəyirdik. Yoldaşlıq görüşü olsa belə, bu gün ikinci məqam Eminin son oyunu idi. İstəyirdik Emin də yaxşı, parlaq oyunla milli komandaya karyerasını bitirir. Onu yaxşı uğurlayaq. Sevindirici hallar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Belə deyək, milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. Və dediyim kimi, baxmaq lazımdır, oyundan-oyuna istədiyimiz oyunun yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik. Məncə, bu ili götürsək, bu il bir məğlubiyyətimiz oldu, bu, yaxşı haldı. Qrup mərhələsində bir qol buraxmışdıq, o da penaltidən. Belə götürsək, komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üst komandalarla qarşılaşanda buna hazır olaq. Ümumiyyətlə, hər kəsə çox sağ ol dedim. Oyunun axırında Xaybullayev zədələndi, 10 nəfərlə qalma ehtimalımız var idi, çünki əvəzetmə bitmişdi, amma israrla oyuna girmək istədi. Bunlar məni sevindirir, yəni komandafa xarakterli futbolçular daha çoxalıb".
- Baş məşqçi kimi ən çox çətinlik çəkdiyiniz oyun və nisbətdə daha rahat qələbə qazandığınızı düşündüyünüz oyun hansı oldu?
- Ən çətin iki Lixtenşteyn oyunu idi. Çünki orda psixoloji amil var. Bu oyunlara futbolçuları hazırlamaq daha çətindir. Məsələn, Litva ilə daha məsuliyyətli oluruq, bilirik. Amma elə komandalarla oyunda həqiqətən çətinlik olur psixoloji məşqçi olaraq. Amma bütün oyunlar məsuliyyətlidir. Milli komanda çox məsuliyyət tələb eləyir. Burda klubdan fərqlidir, amma biz də milli komanda olaraq öz təcrübəmizi artırdıq. Milli komandaya gələndə ən rahat oyun FIFA seriyasında birinci oyunumuz olmuşdu.
- Eşqin Əhmədov bu gün həm debüt elədi, həm də qol vurdu. Ümumi olaraq onun performansını necə dəyərləndirirsiz?
- Eşqinə görə sevinirəm. Eşqin U-21-də də mütəmadi oynayan futbolçudur və əsas odur ki, "Qəbələ"də daim oynayır. Bu gün "Qəbələ"ni təbrik etmək lazımdır ki, yerli gənc futbolçulara belə deyək, şans verirlər. Bu vacibdir bizim üçün. Çünki bax bu futbolçuları qazanmalıyıq. Biz çoxdandırmı gileylənirdik ki, sağ cinahda istədiyimiz oyunçular azdır. Amma məncə, artıq rəqabət çoxalır. Eşqin də "mən varam" dedi bu gün və inanıram ki, gələn təlim-məşq toplanışlarında da həmin formasında olacaq və millidə əsas heyət oyunçularından ola bilər.
- Sabah xalqımız Milli Dirçəliş Günü qeyd edəcək. Bizim milli komanda artıq dirçəlir, yoxsa buna hələ zaman lazımdır?
- Realist olmaq lazımdır. Bu gün özümüzə uyğun rəqiblərlə üst səviyyədə oynaya bilirik. Bilirik ki, qol vəziyyətlərini yaxşı dəyərləndirə bilmirik. Biz bütün oyunlarda yəni rəqiblərlə ən azı baş-başa oynadıqda, yəni Litvanı qeyd edə bilərəm ki, geri qalmadıq. Bəzi epizodlarda üstün olduq. Bu gün futbolçular milli formanın dəyərini, məsuliyyətini çox yaxşı hiss edirlər. Hardansa başlamalıydıq. Bizə indi aşağı yox, yuxarı getmək lazımdır, çünki ən aşağı düşmüşdük. İndi isə yavaş-yavaş yuxarı çıxmaq lazımdır.
Baxış sayı:63
Bu xəbər 17 Noyabr 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















