ABŞ da İGX əməkdaşlarına elektrik şoku verən əlcəklər verəcək
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, "Associated Press"in yaydığı məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTX) bu məqsədlə 2027-ci ilin mart ayınadək 20 milyon dollara qədər vəsait ayırmağı nəzərdə tutur.
Nazirliyin bazar ertəsi yayımladığı satınalma bildirişində sözügedən avadanlıq “keçirici yayındırma və gərginliyin azaldılması cihazları” kimi təqdim olunub. Bu cihazların əməkdaşlara müqavimət göstərən şəxslərə əlcək vasitəsilə ağrılı elektrik impulsu tətbiq etməyə imkan verdiyi bildirilir.
İGX minlərlə belə cihaz əldə etməyi planlaşdırır. Bu tip texnologiyalardan son illərdə ABŞ-ın bəzi həbsxanalarında və polis idarələrində də istifadə olunub.
Plan hüquq müdafiəçilərinin ciddi narazılığına səbəb olub. Onlar İGX əməkdaşlarının Donald Tramp administrasiyasının sərt miqrasiya siyasəti çərçivəsində həyata keçirdiyi əməliyyatlarda güc tətbiq etməsinə dair onsuz da narahatlıqların mövcud olduğunu bildirirlər. Hüquq müdafiəçilərinin fikrincə, yeni avadanlığın tətbiqi əlavə nəzarət və hesabatlılıq mexanizmləri olmadan sui-istifadə riskini artıra bilər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə açıqlamasında konkret olaraq elektrik şoku verən əlcəklərin adını çəkməyib və onların seçilməsinin səbəblərini izah etməyib. Nazirlik İGX əməkdaşlarının sahədə təhlükəsiz fəaliyyət göstərməsi, saxlanma və ölkədən çıxarılma əməliyyatlarını həyata keçirməsi üçün zəruri alət və avadanlıqlarla təmin edilməsinin vacibliyini vurğulayıb.
İGX-nin bu təşəbbüsü ABŞ-da Tramp administrasiyasının miqrasiya siyasətinin sərtləşdirildiyi bir dövrdə gündəmə gəlib. Təşkilatın əməkdaşlarının fəaliyyətinə, xüsusilə saxlanma zamanı güc tətbiqinə dair mübahisələr son dövrlərdə hüquq müdafiə təşkilatlarının əsas tənqid mövzularından birinə çevrilib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Avqust 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















