ABŞ da İsrailin “Dəmir günbəz”inin analoqu yaradılacaq
Icma.az bildirir, Ayna portalına istinadən.
Prezident Donald Tramp fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp İsrailin “Dəmir günbəz” raketdən müdafiə sisteminin Amerika analoqunun yaradılması haqqında fərman imzalayıb. AYNA “NBC News”a istinadən xəbər verir ki, Ağ Evin məlumatına görə, qalxan ballistik, hipersəs və təkmil qanadlı raketlərə, eləcə də digər hava təhdidlərinə qarşı işləyəcək.
“Dəmir günbəz”in hazırlanması Trampın seçkiqabağı vədlərindən biri idi: "Biz təcili olaraq amerikalıları qoruya biləcək müasir raketdən müdafiə qalxanının – “Dəmir günbəz”in yaradılmasına başlamalıyıq", - Amerika lideri bildirib.
Ehtimal olunur ki, raketdən müdafiə sistemləri tamamilə ABŞ-da istehsal olunacaq və bunda aparıcı rolu dəmir filizi hasilatında lider olan Minnesota ştatı oynaya bilər.
“Dəmir günbəz” 2000-ci illərin əvvəllərində İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış 50-200 km mənzilli idarə olunmayan taktiki raketlərdən müdafiə sistemidir. Bir batareya 1,5 min kvadratkilometrə qədər ərazini qoruya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















