Qızıl sürətlə ucuzlaşacaq
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Modern.az xəbər verir ki, xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 500 dollara qədər geriləyə bilər.
Ucuzlaşmanın əsas səbəbi ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir. İnflyasiyanın yüksək səviyyədə qalması faiz dərəcələrinin yenidən artırılması ehtimalını yüksəldir. Bu isə dolların möhkəmlənməsinə və dövlət istiqrazlarının gəlirliliyinin artmasına şərait yaradır. Nəticədə qızılın investisiya cəlbediciliyi azalır.
“2026-cı ilin sonunadək qiymətlərin daha da aşağı düşməsi riski qalır. Texniki təhlil baxımından qiymətlərin 3 500 dollara qədər enməsi üçün imkan görünür. Bu səviyyə 2025-ci ilin ortalarında formalaşmış mühüm konsolidasiya zonasıdır. 3 900 dollar səviyyəsinin aşağı istiqamətdə qırılmasından sonra 3 800, 3 700 və 3 600 dollar aralıq dəstək səviyyələri kimi çıxış edə bilər”, – deyə ekspertlər bildirir.
İqtisadçıların fikrincə, Yaxın Şərqdə münaqişənin həlli qızılın ucuzlaşmasının qarşısını ala bilər. Bazar iştirakçıları ABŞ və İran arasında əldə olunmuş sülh razılaşmasının davamlılığına inanarsa, bu, qızılın qiymətinin sabitləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, 2026-cı ilin oktyabr ayının yekunlarına görə, birja bazarında qızılın qiyməti 7,3 faiz ucuzlaşıb. Ayın sonunda qiymətlər bəzi anlarda bir troya unsiyası üçün 3 876,4 dollara qədər geriləyib. Bu, 2025-ci ilin oktyabr ayının əvvəlindən bəri qeydə alınan ən aşağı göstərici olub.
Oktyabr ayında qızılın ucuzlaşma tempi 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranından bəri həmin ay üçün ən yüksək göstəriciyə çatıb.
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















