Icma.az
close
up
RU
ABŞ da “shutdown”: büdcə blokadası və sosial kompromis

ABŞ da “shutdown”: büdcə blokadası və sosial kompromis

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Tramp demokratların inadını sındırdı, amma...

ABŞ siyasətinin son ayları dünyanın ən qüdrətli iqtisadiyyatına malik ölkədə dövlət aparatının necə iflic ola biləcəyini bir daha göstərdi. Vaşinqtonda hökumətin maliyyələşdirilməsinin dayandırılması, yəni “shutdown” adlanan böhran vəziyyəti artıq, sadəcə, texniki büdcə problemi deyil, Amerika idarəetmə modelinin ideoloji dərinliyinə enən bir sarsıntıdır.

“Shutdown” termini ingilis dilində “bağlanma”, “dayandırılma” mənasını verir. ABŞ-da bu hal hökumətin illik büdcəsi vaxtında qəbul edilmədikdə baş verir. Konstitusiyaya görə, federal idarələr yalnız Konqres tərəfindən təsdiqlənmiş və prezidentin imzaladığı maliyyə ilə fəaliyyət göstərə bilər. Əgər razılıq əldə olunmazsa, dövlət orqanlarının bir hissəsi bağlanır, yüz minlərlə işçi müddətsiz məzuniyyətə göndərilir, xidmətlər dayanır.

2025-ci ilin oktyabrında baş verən son “shutdown” ABŞ tarixində ən uzun və gərgin böhranlardan biri kimi qiymətləndirilir. Hökumətin fəaliyyəti 40 gündən çox dayandı, federal qurumların işi minimuma endi, sosial proqramlar təxirə salındı, elmi-tədqiqat və pasport xidmətləri ləngidi. Formal olaraq söhbət büdcədən gedir, amma problem ideoloji xarakter daşıyır. Respublikaçılar xərclərin azaldılmasını, sosial proqramlarda sərt nizam-intizamın tətbiqini tələb edirlər. Onların fikrincə, dövlətin artan sosial məsuliyyəti borc yükünü dərinləşdirir və gələcək nəsilləri maliyyə asılılığına salır. Demokratlar isə bu yanaşmanı “insani məsuliyyətsizlik” sayır. Onlar sosial təminat, səhiyyə və təhsil proqramlarının genişləndirilməsini, xüsusən də Affordable Care Act (Obamacare) çərçivəsində aşağı gəlirli ailələr üçün subsidiyaların uzadılmasını tələb edirlər. Demokratların arqumentinə görə, sosial siyasət zəifləsə, Amerikanın sosial birliyi də dağılacaq.

Senat və Nümayəndələr Palatasında uzun sürən müzakirələrdə əsas düyün məhz bu iki zidd mövqedə idi. Respublikaçılar “təmiz” büdcə layihəsi, – yəni heç bir əlavə sosial maddə daxil edilməyən maliyyələşdirmə aktı, – təklif edirdilər. Demokratlar isə sosial təminat və səhiyyə subsidiyaları olmadan səsvermədə iştirak etməyəcəklərini bildirirdilər. Nəticədə 60-a qarşı 40 səslə qəbul edilən layihə kompromis variant kimi Senatdan keçdi. Səkkiz demokrat senator respublikaçılarla birlikdə səs verərək hökumətin fəaliyyətini bərpa edən müvəqqəti razılaşmanı dəstəklədi. Amma bu, tam razılıq deyil, çünki Demokrat Partiyanın içində sərt tənqidlər səslənir: “Razılaşma, sadəcə, hökumətin işini bərpa edir, amma sosial problemləri həll etmir”.

Mübahisənin mərkəzində təkcə pul deyil, ideya dayanır. Demokratlar üçün səhiyyə universal hüquqdur, respublikaçılar üçün isə bazar münasibətlərinin bir hissəsi. Sosial proqramların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsində tərəflər onilliklərdir ki, ortaq nöqtə tapa bilmirlər. Demokratlar Medicare və Medicaid kimi proqramların genişləndirilməsini, işsizlərə və aztəminatlı ailələrə subsidiyaların artırılmasını istəyirlər. Respublikaçılar isə bu siyasətin “asılılıq psixologiyası” yaratdığını düşünür və proqramları məhdudlaşdırmağa çalışırlar. Hər iki mövqenin arxasında seçici maraqları və siyasi sponsorların təzyiqləri dayanır.

Respublikaçıların mövqeyi dövlət borcunun və büdcə kəsirinin qarşısını almağa yönəlib. Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiya bu siyasəti Amerika iqtisadi dayanıqlığının əsas tərkib hissəsi kimi təqdim edir və sosial məsuliyyətlə iqtisadi məsuliyyət arasında balansın qorunmasına çalışır. Beləliklə, “shutdown” iki fərqli Amerika modelinin – sosial dövlət və sərbəst bazar dövlətinin toqquşmasıdır.

Senatda qəbul edilən qanun layihəsi federal qurumların fəaliyyətini bərpa etsə də, əsl problemləri həll etmədi. Qanun müvəqqəti xarakter daşıyır və bir neçə həftəlik maliyyələşdirməni təmin edir. Yəni ilin sonuna doğru eyni böhranın təkrarlanması istisna edilmir. ABŞ mediası bu addımı “kompromis”dən çox “müvəqqəti barışıq” adlandırır. “The Washington Post” yazır ki, “bütün tərəflər gərginliyi azaltmaq istəsələr də, əsas fikir ayrılığı – sosial məsuliyyətin həddi – hələ də qalır. “Time” jurnalı isə xəbərdarlıq edir: “Hökumətin iş sistemi bərpa olundu, amma siyasi inam bərpa olunmadı”.

“Shutdawn”, demək olar ki, cəmiyyətin bütün təbəqələrini təsirə məruz qoydu. Federal işçilərin maaşlarının gecikməsi, dövlət xidmətlərində fasilələr, sosial yardım proqramlarının təxirə salınması – bütün bunlar sıravi amerikalıya dövlətin “uzaq və soyuq mexanizm”ə çevrildiyini göstərdi. Sosial şəbəkələrdə “bizim hökumət bizə qarşı bağlanıb” tipli paylaşımlar artdı. Amerikalı analitiklər bu hadisəni “siyasi sistemin öz vətəndaşına verdiyi soyuq cavab” kimi dəyərləndirirlər. Bəzi ekspertlər qeyd edir ki, ABŞ-da son illər siyasi etimad böhranı sosial parçalanmadan daha təhlükəlidir.

Bir sözlə, ABŞ-da baş verənlər göstərdi ki, idarəetmə böhranı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu, həm də dəyərlərin toqquşmasıdır. Demokratlar “insan üçün dövlət” ideyasını, respublikaçılar isə “məsuliyyətli vətəndaş üçün dövlət” konsepsiyasını müdafiə edirlər. Vaşinqtonun bu qarşıdurmasından çıxan əsas nəticə də belə ifadə etmək olar: kompromis olmadan idarəetmə yoxdur.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri