Icma.az
close
up
RU
Bakıda nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və getdikcə artır

Bakıda nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və getdikcə artır

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənən “2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakıdakı universitet və məktəblərin açılış saatlarının pilləli qrafikə keçirilməsi planı paytaxtın nəqliyyat sistemində inqilabi dəyişikliklərin əsasını qoyur. Bu qərar pik saatlarda təhsil müəssisələrinin yaratdığı kütləvi insan axınını fərqli zaman dilimlərinə bölməklə şəhərdəki xroniki nəqliyyat sıxlığını və tıxacları əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Digər tərəfdən, dərs saatlarının dəyişməsi işləyən valideynlərin gündəlik rejimində, övladlarını məktəbə yola salma və qarşılama qrafiklərində ciddi logistik uyğunlaşma tələb edəcək. Şəhər hərəkətliliyini yenidən formalaşdıracaq bu mühüm islahat həm yollardakı gərginliyi azaltmaq potensialına, həm də ailələrin sosial həyat ritminə birbaşa təsir göstərmək gücünə malikdir.
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illəri əhatə edən dövlət proqramı təsdiq olunub:
“Bu dövlət proqramı Bakı şəhərinin 2020-2040-cı illər üçün nəzərdə tutulmuş Baş Planına uyğun olaraq hazırlanıb. Proqramın əsas məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Sənəddə bir sıra mühüm istiqamətlər nəzərdə tutulur və həmin proqram bu məsələləri özündə ehtiva edir. Məsələ burasındadır ki, Bakı şəhərində nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və bu problem getdikcə daha da artır. Bu isə insanların gündəlik həyatında narahatlığa səbəb olur. Bu baxımdan, sıxlığın müəyyən qədər tənzimlənməsi, azaldılması və vətəndaşlara nəqliyyatdan istifadə zamanı daha rahat və uyğun xidmətlərin təqdim olunması əsas hədəflərdən biridir. Əslində, Bakıda ən problemli dövr səhər saatları təxminən 07:00-dan 09:00-a qədər olan vaxt hesab olunur. Məhz bu saatlarda pik yüklənmə müşahidə edilir. Çünki məktəblər, universitetlər, digər təhsil müəssisələri, eləcə də dövlət qurumları və ofislər demək olar ki, eyni saatda fəaliyyətə başlayır. Nəticədə minlərlə insan eyni anda yola çıxır və bu da şəhərdə ciddi sıxlıq yaradır”.
O deyib ki, bu vəziyyəti müəyyən qədər tənzimləmək üçün pilləli iş və dərs qrafikinin tətbiqi daha məqsədəuyğun hesab olunur:
“Burada əsas məqsəd nəqliyyat yükünü zaman baxımından bölməkdir. Yəni bəzi müəssisələrin saat 08:00-da, digərlərinin 09:00-da, bir qisminin isə 10:00-da fəaliyyətə başlaması insanların eyni vaxtda küçələrə axınının qarşısını müəyyən qədər ala bilər. Bu yanaşma xüsusilə metroda və şəhərin əsas magistral yollarında sıxlığın nisbətən yumşalmasına kömək edə bilər. Amma əvvəlcədən bunun nəqliyyat sıxlığını tam şəkildə aradan qaldıracağını düşünmürəm. Çünki burada əsas məsələ proqramın praktik şəkildə necə həyata keçiriləcəyidir. Hansı formatda tətbiq olunacağı olduqca vacibdir. Eyni zamanda, müəyyən çətinliklər də yarana bilər. Məsələn, bir ailədə iki və ya üç uşaq varsa və onlar fərqli saatlarda məktəbə getməlidirlərsə, bu vəziyyət valideynlər üçün əlavə problemlər yarada bilər”.
Deputat qeyd edib ki, bu məsələdə ictimai nəqliyyatın fəaliyyəti xüsusi önəm daşıyır:
“İctimai nəqliyyatın qrafik üzrə işləməsi, intervalların minimuma endirilməsi olduqca vacibdir. Bundan əlavə, məktəb avtobuslarından və servis xidmətlərindən istifadənin genişləndirilməsi daha uyğun həll yolu ola bilər. Xarici ölkələrin, xüsusilə də əhalisi sıx olan paytaxt şəhərlərinin təcrübəsindən yararlanmaq da mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübənin tətbiqi bu istiqamətdə faydalı nəticələr verə bilər. Bakı şəhərinin yükünü azaltmaq üçün bəzi ali təhsil müəssisələrinin, orta ixtisas məktəblərinin, eləcə də bir sıra mərkəzi icra qurumlarının, nazirlik və komitələrin regionlara köçürülməsi də müsbət təsir göstərə bilər. Həmin qurumların regionlarda fəaliyyət göstərməsi Bakıdakı nəqliyyat sıxlığının azalmasına xidmət edən addımlardan biri kimi qiymətləndirilə bilər. Bildiyim qədərilə, bu məsələ də gündəmdədir. Əgər Azərbaycan hökuməti bu istiqamətdə real addımlar atarsa, gələcəkdə daha böyük narahatlığa səbəb ola biləcək nəqliyyat sıxlığının müəyyən qədər aradan qaldırılması mümkün ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri