Icma.az
close
up
RU
“Azərbaycan Ağbabadan başlayır” kitabının təqdimatı olub

“Azərbaycan Ağbabadan başlayır” kitabının təqdimatı olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Qərbi Azərbaycan İcmasında tanınmış şair-publisist və tarixçi-tədqiqatçı Şəmsi Qocanın “Azərbaycan Ağbabadan başlayır” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Qərbi azərbaycanlı gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən əsərlərdə Qərbi Azərbaycanın tarixi yurd yerləri, doğma kənd və şəhərlərin mənzərələri, milli-mədəni irs nümunələri, deportasiya ağrıları və doğma torpaqlara qayıdış arzusu bədii şəkildə əks olunub. Gənc rəssamların əsərləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və Qərbi Azərbaycan həqiqətlərinin incəsənət vasitəsilə təbliği baxımından yüksək qiymətləndirilib.

Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşına, milli-mədəni irsinə və doğma yurd yerlərinin tanıdılmasına həsr olunan kitab da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli müəllifin Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması istiqamətində uzun illər apardığı fəaliyyəti yüksək qiymətləndirib. O bildirib ki, Şəmsi Qoca artıq bir müddətdir Qərbi Azərbaycan İcmasının Aparatında Qərbi Azərbaycan üzrə tədqiqatların aparılmasında xüsusi xidmət göstərir və bu istiqamətdə mühüm işlər həyata keçirir.

Əziz Ələkbərli qeyd edib ki, müəllifin yaradıcılığı yalnız publisistik və ədəbi fəaliyyətlə məhdudlaşmır, eyni zamanda xalqın tarixi yaddaşının qorunmasına xidmət edir. O, Şəmsi Qocanın şairlik və yazıçılıq yaradıcılığında “Qayıdış dastanı” əsərinin xüsusi yer tutduğunu diqqətə çatdıraraq, həmin əsərin Qərbi Azərbaycana qayıdış ideyasının bədii ifadəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Deputat bildirib ki, “Azərbaycan Ağbabadan başlayır” kitabı da Qərbi Azərbaycanla bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, belə əsərlər doğma torpaqlara bağlılıq hissini gücləndirir, milli kimliyin qorunmasına xidmət edir və Qərbi Azərbaycan irsinin sistemli şəkildə öyrənilməsi üçün dəyərli mənbə rolunu oynayır.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov müəllifin Amasiya rayonu və xüsusilə doğulduğu İlanlı kəndi ilə bağlı apardığı araşdırmaların böyük əhəmiyyət daşıdığını bildirib. O, kitabın elmi və tarixi baxımdan sanballı mənbə olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər – Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, əməkdar jurnalist Səyyad Ağbabalı, Jurnalistlər Birliyinin üzvü, şair-publisist Məlahət Behbudqızı, Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Azərbaycan Dillər Universitetinin professoru Nəsir Xankişiyev, Qadınlar Şurasının üzvü, biologiya elmləri üzrə fəlsəfə doktoru Rüxsarə Adilqızı, şair-publisist, şəhid atası Sultan Orucoğlu və şair-publisist İmran Güllübulaqlı “Azərbaycan Ağbabadan başlayır” kitabının Qərbi Azərbaycanın tarixi yaddaşının, milli-mədəni irsinin və doğma yurd yerlərinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Natiqlər müəllifin tarixi faktları publisistik üslub və bədii təfəkkürlə ustalıqla birləşdirdiyini vurğulayaraq, əsərin elmi, ədəbi və mənəvi baxımdan dəyərli mənbə olduğunu qeyd ediblər.

Çıxışlarda kitabın gənc nəslin milli yaddaşının formalaşmasına, vətənpərvərlik ruhunun güclənməsinə və Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət etdiyi xüsusi vurğulanıb.

Sonda çıxış edən müəllif Şəmsi Qoca tədbir iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, bundan sonra da Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və unudulmuş yurd yerləri ilə bağlı araşdırmalarını davam etdirəcək, yeni kitab və elmi-publisistik layihələr üzərində çalışacaq.

Tədbir kitab ətrafında geniş müzakirələr və müəllifin oxucular üçün imza mərasimi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2026 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri