Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

ABŞ da büdcə xərcləri azaldılır

ABŞ da büdcə xərcləri azaldılır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Təhlükəsizlik qüvvələri də ixtisara düşəcək

Donald Tramp administrasiyasının dövlət xərclərini kəskin azaltmaq proqramı kəşfiyyat orqanlarından yan keçməyib. Amerika KİV-in məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqat Bürosu (FTB), Milli Təhlükəsizlik Agentliyi (MTA) və bir sıra digər qurumların əməkdaşları könüllü olaraq istefaya getməyi və daha 8 ay maaşlarını almağı təklif edən məktublar alıblar. Məqsəd hökumət aparatını 10 faiz azaltmaq və bunun sayəsində İlon Maskın qarşıya qoyduğu məqsədə yaxınlaşmaqdır. Yeni Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən iş adamı 2026-cı maliyyə ilinə qədər 2 trilyon dollarlıq federal kəsiri yarıya endirmək istəyir.

Dövlət qulluqçularının könüllü ixtisar proqramının təkcə mülki idarələrə təsir etmədiyi barədə ilk xəbər yayan qəzet “The Street Journal” oldu. Qəzetin məlumatına görə, ABŞ-ın Kadrların İdarəetmə Xidməti bir çox MKİ əməkdaşına 8 aylıq əmək haqqı və bəzi əlavə bonuslar müqabilində işdən çıxmağı təklif edən məktublar göndərib. Bundan əlavə, artıq işə dəvət almış işçilərin işə götürülməsi proseduru da dayandırılıb. 

CNN-in məlumatına görə, MKİ-nin yeni direktoru Con Ratkliff agentliyin könüllü ayrılma proqramına daxil edilməsi qərarını şəxsən qəbul edib. Əvvəllər Con Ratkliff idarəni səmərəsizliyinə və qərəzliliyinə görə çox tənqid edirdi: “MKİ-nin təhlili və prioritetləri siyasiləşdirilib. Analitik hesabatlar Baydenin siyasət prioritetləri ilə olduqca uyğun idi. Yanvar ayında Konqresdə keçirilən dinləmələrdə cənab Ratkliff bildirib ki, MKİ dəfələrlə prezident Baydenin hərəkətlərini və ya çox vaxt onun hərəkətsizliyini əsaslandıran qeyri-dəqiq təhlillər təqdim edib. Cənab Ratkliff vurğulayıb ki, yeni dövrdə MKİ Rusiya, Çin, İran, Şimali Koreyanın hərəkətlərinə, onlar arasında artan koordinasiyaya və ABŞ-Meksika sərhədindəki vəziyyətə xüsusi diqqət yetirməklə, “dünyanın hər yerində” kəşfiyyat imkanlarını genişləndirəcək.

“The Wall Street Journal”ın ardınca “Politico” da xəbər verib ki, bir sıra digər qurumların əməkdaşları, o cümlədən FTB, Pentaqon Kəşfiyyat İdarəsi, Milli Geoməkan-Kəşfiyyat Agentliyi, Milli Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat Direktorunun Ofisi istefa vermək təklifi alıb. Nəşrin öz mənbəsinə istinadən verdiyi məlumata görə, kütləvi poçt göndərişləri kəşfiyyat ictimaiyyətində çaşqınlıq yaradıb və nəticədə ixtisar proqramı “kadrlar və əməliyyat işləri baxımından görünməmiş xaosa” səbəb ola bilər. 

Fevralın 4-də “Bloomberg” agentliyi ABŞ federal hökumətinin 20 mindən çox əməkdaşının istefaya razı olduğunu bildirib ki, bu da mülki hökumət işçilərinin 1 faizdən azını təşkil edir (ölkədə dövlət qulluğu işçilərinin sayı təqribən 2,3 milyon nəfərdir). Fevralın 6-na keçən gecə “The Washington Post”un müxbiri Emili Devis X sosial şəbəkəsində bildirib ki, onun məlumatlarına görə, 40 mindən çox əməkdaş bu təklifi qəbul edib. Yekun nəticələr hələ hesablanmayıb, lakin aydındır ki, bu proqram çərçivəsində dövlət qulluqçularının təxminən 10 faizinin işdən çıxarılması kimi əvvəllər qarşıya qoyulan məqsədə nail olunmayıb.

İstefa məktublarının göndərilməsi, məsələn, Amerikanın xarici yardım proqramlarının dondurulması və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) tamamilə yenidən formatlaşdırılması da daxil olmaqla, hökumət xərclərinin azaldılması üzrə genişmiqyaslı təşəbbüsün bir hissəsidir. Məqsədləri əvvəllər Donald Trampın müttəfiqi, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask açıqlayıb. Onun sözlərinə görə, 2026-cı maliyyə ilinə (2025-ci il oktyabrın 1-dən başlayır) büdcə kəsirini yarıya qədər azaltmaq, 1 trilyon dollara çatdırmaq lazımdır. İş adamının fikrincə, belə iddialı iş prezident, Konqres və məhkəmə sistemindən “güclü dəstək” tələb edəcək. 

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri