ABŞ da vakant iş yerlərinin sayı gözləniləndən aşağı olub
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən aşağı olub.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi iyun ayına dair JOLTS vakant iş yerləri statistikasını açıqlayıb.
Məlumata görə, ölkədə vakant iş yerlərinin sayı iyun ayında əvvəlki ayla müqayisədə 178 min azalaraq 7 milyon 359 minə enib.
Bazar iştirakçıları bu göstəricinin 7 milyon 440 min olacağını proqnozlaşdırırdılar.
May ayında isə vakant iş yerlərinin sayı 7 milyon 537 min səviyyəsində qeydə alınmışdı.
İyun ayında açıq vakansiyaların sayı nəqliyyat, anbar təsərrüfatı və kommunal xidmətlər, eləcə də federal dövlət sektorunda artsa da, topdansatış ticarəti, qeyri-davamlı istehlak mallarının istehsalı və mədənçilik sahələrində azalıb.
Ölkədə işə qəbul edilənlərin sayı isə iyun ayında əvvəlki ayla müqayisədə 96 min nəfər artaraq 5 milyon 348 minə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 04 Avqust 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















