Icma.az
close
up
RU
ABŞ da yanğınsöndürənləri kütləvi şəkildə işdən çıxarırlar

ABŞ da yanğınsöndürənləri kütləvi şəkildə işdən çıxarırlar

Icma.az bildirir, Reyting.az portalına istinadən.


ABŞ-da yanğınsöndürənlər, o cümlədən Los-Anceles yanğınları ilə qəhrəmanlıqla mübarizə aparanlar işdən çıxarılma ilə bağlı məktublar alırlar. Bu ixtisarlar Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın büdcə xərclərinin azaldılması planının bir hissəsi kimi tətbiq olunur.
Reyting.az
-ın məlumatına görə, "The Washington Post" nəşri yazır ki, ABŞ-da federal yanğınsöndürənlər, Personel İdarəetmə Ofisi tərəfindən gözlənilmədən sentyabrın sonuna qədər istefa vermələrini xahiş edən məktublar alıblar. Həmin bildirişlər Donald Tramp administrasiyasının hökumət xərclərini sadələşdirmək səylərinin bir hissəsi kimi planlaşdırılan böyük federal işçi qüvvəsi ixtisarının bir hissəsidir.
Belə məktubları Los-Ancelesdəki dağıdıcı yanğınları söndürməkdən təzəcə qayıdan yanğınsöndürənlər alıblar. Birlik rəsmiləri isə nəşrə bildiriblər ki, onsuz da federal yanğınsöndürənlər çox cüzi maaş alırlar, həmçinin yüksək dövriyyədən əziyyət çəkirlər. Onlar deyiblər ki, bu işçilərin ixtisarı ölkənin təhdidlərə və fövqəladə hallara dərhal cavab vermək qabiliyyətinə çox ciddi zərbə vura bilər.
Qeyd edək ki, Birləşmiş Ştatlarda yanğının qarşısının alınmasını təmin edən və ölkə daxilində ekstremal yanğınlarla mübarizə məqsədi ilə genişmiqyaslı, həmçinin çox təşkilatlı şəkildə əməliyyatlarda iştirak edən, sayı təxminən 20,000 olan mövsümi tam ştatlı federal yanğınsöndürən var. Üstəlik, belə peşəkarlar sırasında xüsusilə də təhlükəli peşələr üzrə mütəxəssislər çalışırlar. Bu böyük dəstəyə yanğınla mübarizə aparmaqdan ötrü əlçatmaz ərazilərə havadan düşüb yanğın söndürməyi bacaran paraşütlü yanğınsöndürənlər də daxildir.
Xatırladaq ki, federal işçilərin kütləvi ixtisar edilməsi təşəbbüsü ilk dəfə milyarder İlon Mask tərəfindən irəli sürülüb. O, iddia edir ki, bu qərar hökumətə xərcləri əhəmiyyətli dərəcədə azaltmağa və daha da səmərəli fəaliyyət göstərməyə imkan verəcək. Bununla belə, ekspertlərin əksəriyyəti belə təklifin federal qanunu poza biləcəyini qeyd edirlər. Ancaq ABŞ Federal İşçilər Həmkarlar İttifaqı Milli Federasiyası öz üzvlərinə istefa təklifini qəbul etməməyi tövsiyə edir.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri