Mançester Yunayted rəhbərliyi millilər üçün nəzərdə tutulan fasiləyə qədər gözləyəcək
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted" Premyer Liqanın doqquzuncu turunda "Çelsi"yə qarşı keçirilən və 0:2 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra baş məşqçi Maykl Kerriki istefaya göndərməyi planlaşdırmır. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
45 yaşlı ingilis mütəxəssisin gələn həftə də klubda qalacağı və komandanı həm Çempionlar Liqasında "Roma"ya qarşı oyuna, həm də Premyer Liqada "Aston Villa" ilə keçiriləcək növbəti qarşılaşmaya hazırlayacağı gözlənilir.
Komandanın hazırda doqquz oyundur qələbə qazana bilməməsinə baxmayaraq, "Mançester Yunayted" rəhbərliyinin noyabr ayındakı milli komandalar üçün nəzərdə tutulan fasiləyə qədər məşqçi heyətində dəyişiklik etməsi ehtimalı azdır.
Qeyd edək ki, "Mançester Yunayted" 9 turdan sonra 7 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Baxış sayı:183
Bu xəbər 01 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















