Icma.az
close
up
RU
ABŞ dan deportasiya edən oğlunu cəhənnəm də tapdı

ABŞ dan deportasiya edən oğlunu cəhənnəm də tapdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Venesuelalı bir qadın oğlunu ABŞ-dan deportasiya edildikdən sonra El Salvador həbsxanasında görəndə məəttəl qaldığını deyib.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, venesuelalı Mirelis Kasike Lopez 24 yaşlı oğlu Fransisko Xose Qarsiya Kasikenin Tramp administrasiyası tərəfindən El Salvadordakı "Yer üzündəki cəhənnəm" adlandırılan yüksək rejimli həbsxanaya deportasiya edilən 100-dən çox cinayətkar dəstə üzvü arasında olduğunu öyrəndikdə şoka düşüb. Qadın oğlunun yenidən Karakasa göndəriləcəyini gözləyirmiş.

Bərbər olan Fransisko 2019-cu ildə daha yaxşı həyat axtarışı ilə Venesuelanı tərk edib. O, əvvəlcə Peruda yaşayıb, sonra 2023-cü ilin sentyabrında qeyri-qanuni olaraq ABŞ-a keçib. Orada Texasda bir bərbərxanada işə düzəlib, lakin 2024-cü ilin fevralında yenidən saxlanılıb və sonra deportasiya edilib.

Mirelis oğlunun taleyindən onu El Salvador həbsxanasına aparılan Tren de Araqua bandasının üzvləri arasında xəbər görüntülərində gördükdən sonra xəbər tutub. Videoda Qarsiya ağ həbsxana paltarı geyinmiş, başı aşağı və əlləri qandallı halda çəkilib. Qardaşı Sebastian onu döymələrindən və digər fiziki xüsusiyyətlərindən tanıyaraq, həqiqətən də Fransisko olduğunu təsdiqləyib.

Qadın israr edir ki, oğlunun cinayətkar qruplaşma ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, səlahiyyətlilər görünüşünə görə onu dəstə üzvü ilə səhv salmış ola bilər.

"O, cinayətkar deyil, bərbərdir. Onun döymələri sadəcə qızılgüllər və ailə üzvlərinin adlarıdır", deyə qadın bildirib.

Qeyd edək ki, El Salvadorun Tekoluka bölgəsində yerləşən Terorçular üçün Həbs Mərkəzi (CECOP) "Yer üzündəki cəhənnəm" və ya "Dünya üzərindəki cəhənnəm" kimi tanınır. 2022-ci ilin fevralında açılışı edilən mega-həbsxana, təxminən 40 000 məhbus saxlamaq üçün dizayn olunub. Müasir video-müşahidə sistemləri, yüksək divarlar, tikanlı məftillər və ciddi təhlükəsizlik tədbirləri ilə təchiz edilən həbsxana, əsasən El Salvadorun ən təhlükəli cinayətkar qruplaşmaları olan MS-13 və Barrio 18 çətə üzvlərini saxlayır. Bukelenin rəhbərliyi altında El Salvador hökuməti mütəşəkkil cinayətkarlığa qarşı sərt tədbirlər həyata keçirərək, minlərlə dəstə üzvünü həbs edib. CECOP isə bu siyasətin ən mühüm elementlərindən biri hesab olunur.

Bu günlərdə ABŞ prezidenti Donald Tramp federal məhkəmənin qərarına baxmayaraq, 250-dən çox qeyri-qanuni miqrantı deportasiya edərək El Salvadora göndərib. El Salvador prezidenti Nayib Bukele ABŞ-dən geri göndərilən bu şəxslərin Venesuela mənşəli "Tren de Aragua" qruplaşması ilə əlaqəli olduqlarını bildirib. Bukelenin sözlərinə görə, ölkəyə gətirilən qrup üzvləri "yer üzündəki cəhənnəm" kimi tanınan CECOP meqa-həbsxanasına yerləşdiriləcək.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Mart 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri