ABŞ dan sensassion açıqlama
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar beynəlxalq hərbi-siyasi müstəvidə ciddi rezonans doğuracaq bəyanatla çıxış edib. Vaşinqton administrasiyası ilk dəfə olaraq Yer orbitində döyüş təyinatlı kosmik silahların yerləşdirildiyini rəsmən təsdiqləyib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk (Troy Meink) "Air, Space & Cyber" konfransındakı çıxışı zamanı məlumat verib.
Troy Meynk bildirib ki, Vaşinqton artan qlobal təhdidlərə cavab olaraq kosmik məkan müdafiəsini keyfiyyətcə yeni mərhələyə qaldırıb: Toyuqlu pizza
"Bu gün biz inkişaf edən təhdidlərlə mübarizəyə hazır olmağımızı təmin edirik. Məhz buna görə də Birləşmiş Ştatların hazırda orbitdə müttəfiq qüvvələri düşmənlərin düşmənçilik əməllərindən qorumağa qadir olan kosmik nəzarət silahları var."
Pentaqon rəhbərliyi orbital müdafiə sistemlərinin həm kinetik (fiziki məhv etmə), həm də kinetik olmayan (elektron və elektromaqnit təsir) vasitələri əhatə etdiyini diqqətə çatdırıb. Lakin təhlükəsizlik mülahizələrinə görə yerləşdirilən silahların dəqiq tipi, sayı və yerləşdiyi orbital koordinatlar məxfi saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Sentyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















