Icma.az
close
up
RU
“Milan” daha iki futbolçusunun maaşını artırmağa hazırlaşır

“Milan” daha iki futbolçusunun maaşını artırmağa hazırlaşır

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Milan” heyətinin əsas futbolçularını komandada saxlamaq üçün müqavilələrin yenilənməsi prosesini davam etdirir. Klub Kristian Pulisiç və Strahinya Pavloviçdən sonra Adrien Rabio və Alfaco Sisse ilə də yeni razılaşma əldə etməyi planlaşdırır.

İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, “Milan” rəhbərliyi fransalı yarımmüdafiəçi Rabioya daha sərfəli maliyyə şərtləri təklif etməyə hazırlaşır. Hazırda futbolçunun illik xalis maaşı 3,5 milyon avro (5,95 milyon manat) təşkil edir.

Klub danışıqları uzatmadan dekabr ayınadək razılığa gəlmək niyyətindədir.

“Milan”ın digər prioriteti gənc hücumçu Alfaco Sissenin müqaviləsini yeniləməkdir. Futbolçu bu mövsüm A Seriyası və Avropa Liqasında ümumilikdə yeddi qol vurub. O, son olaraq “Bolonya” ilə görüşdə dubla imza atıb.

Sissenin hazırkı müqaviləsi 2030-cu ilədək qüvvədədir. İllik təxminən 800 min avro (1,36 milyon manat) qazanan hücumçunun maaşının yeni razılaşma əsasında iki milyon avroya (3,4 milyon manat) yaxınlaşdırılması gözlənilir.

Qeyd edək ki, “Milan” daha əvvəl Kristian Pulisiçlə müqaviləni 30 iyun 2031-ci ilədək uzadıb. Amerikalı futbolçunun illik xalis qazancı bonuslar daxil olmaqla yeddi milyon avroya (11,9 milyon manat) çata bilər.

İtaliya klubu bu addımlarla əsas futbolçularını uzun müddət komandada saxlamağı hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2026 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri