Icma.az
close
up
RU
ABŞ də beyin xərçənginə qarşı fərdiləşdirilmiş vaksin HAZIRLANDI

ABŞ də beyin xərçənginə qarşı fərdiləşdirilmiş vaksin HAZIRLANDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı molekulyar bioloqlar beyin xərçənginin ən aqressiv formalarından biri olan qlioblastomaya qarşı yüksək effektivliyə malik fərdiləşdirilmiş vaksinlər hazırlayıblar. Bu yeni yanaşma sayəsində dördüncü mərhələ xərçəng diaqnozu qoyulan xəstənin beş ildən çox yaşaması mümkün olub.

Redaktor.az xəbər verir ki, bu barədə Vaşinqton Dövlət Universitetinin mətbuat xidməti xəbər yayıb.

Tədqiqatçılar bildiriblər ki, bu platforma vasitəsilə hər bir xəstənin fərdi göstəricilərinə uyğun terapiya üsulları yaratmaq mümkündür.

Onilliklər ərzində alimlər qlioblastomaya qarşı immunoterapiya vasitələri yaratmağa çalışsalar da, bu cəhdlər adətən uğursuzluqla nəticələnib. Çünki bu şiş növü həm terapiyaya tez öyrəşir, həm də özünü immun sistemindən gizlətməyi bacarır. Bu maneəni dəf etmək üçün bioloqlar xüsusi bir alqoritm hazırlayıblar. Alqoritm konkret xəstənin şiş hüceyrələrindəki zülalları təhlil edir və immun sisteminin ən kəskin reaksiya verəcəyi zülal dəstini seçir.

Bu məlumatlar əsasında hazırlanan DNT-vaksinlər doqquz könüllü üzərində sınaqdan keçirilib. Nəticələr son dərəcə ümidverici olub:

Xəstələrin 66%-də şişin böyüməsi tamamilə dayanıb.

İştirakçıların üçdəbiri müalicədən sonra iki ildən çox yaşayıb (bu, standart müalicə metodlarından iki dəfə yüksək göstəricidir).

Bir xəstə isə dördüncü mərhələ şiş aşkar edildikdən sonra beş ildən çox yaşayaraq xəstəlikdən tamamilə xilas olub.

Qlioblastoma hər il dünyada təxminən 300 min insanda aşkarlanan və çox sürətlə inkişaf edən bədxassəli şişdir. Yeni vaksinin tətbiqi bu ağır xəstəliklə mübarizədə gələcək üçün böyük perspektivlər vəd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2026 03:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see630

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see523

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see382

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see259

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see257

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see255

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see254

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see246

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see238

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see232

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see230

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see229

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see228

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see224

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see213

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see201

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see197

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see194

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see189

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri