Icma.az
close
up
RU
ABŞ də bir qrup turist qar adamını lentə alıb

ABŞ də bir qrup turist qar adamını lentə alıb

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də "qar adamı" lentə alınıb.

Ölkə.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verib.

Kolorado ştatında bir qrup turist internetdə qızğın müzakirələrə səbəb olan videogörüntü qeydə alıblar. Səyahətçilər tərəfindən lentə alınan kadrlarda böyük tüklü məxluqun sıx meşədə gəzdiyi görünür.

Ekspedisiyanın aparıcı bələdçisi Loqan Kirk bildirib ki, o və təxminən 12 digər iştirakçı nahar etmək üçün dayanıblar və bu zaman turistlərdən biri uzaqda - təxminən 500 metr aralıda kiminsə hərəkət etdiyini hiss edib.

"Kimsə ayı gördüyünü dedi, amma diqqətlə baxanda bunun ayı olmadığını başa düşdük. Bu, ikiayaqlı bir canlı idi. Yamacda dayanmışdı", - Kirk xatırlayır.

Videoda bədəni tünd rəngdə tüklə örtülü olan fiqurun şamların arasından keçdiyi və sanki kameranı görüb, ağacların arasında dayandığı, sonra kolluqda gözdən itdiyi əks olunub. Lakin skeptiklər bu görüntülərdə əyninə kostyum geyinmiş adamın və ya arxa ayaqları üstə dayanan və bir müddət iki ayaq üstə gəzən ayının görünə biləcəyini ehtimal edirlər.

"Niyə "qar adamı" həmişə bulanıq və uzaqdan çəkilir?" - deyə şərhçilər yazıblar.

Şübhələrə baxmayaraq, Loqan və komandası əlavə sübutlar tapmaq üçün eyni yerə qayıtmaq niyyətindədirlər.

Kirkin sözlərinə görə, o, kadrları ətraflı öyrənib və təsviri böyüdüb, lakin hələlik dəqiq nəticə çıxara bilməyib.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri