Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

ABŞ də dövlət katibi postuna ermənipərəst senator keçir Siyasətində dəyişiklik olacaqmı?

ABŞ də dövlət katibi postuna ermənipərəst senator keçir Siyasətində dəyişiklik olacaqmı?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Konqresində Donald Trampın müxtəlif vəzifələrə irəli sürdüyü namizədlərin dinləmələri başlayıb. Əsas diqqət dövlət katibi vəzifəsinə irəli sürülən 53 yaşlı Marko Rubionun üzərindədir. Maraqlıdır ki, onun namizədliyini respublikaçılarla yanaşı Demokrat Partiyasından olan konqresmenlər də dəstəkləməyə hazırdılar. 

Bəs Marko Rubio hansı addımları atacaq, xüsusilə Azərbaycanla münasibətə necə təsir edəcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Rubionun hər iki tərəfin dəstəyini qazanması uzun illər senator olmasıyla əlaqəlidir.

Politoloq qeyd etdi ki, Rubio Ukraynanın itirdiyi əraziləri geri qaytara bilməyəcəyi fikrindədir:

“Marko Rubio dinləmələrdə Rusiya-Ukrayna müharibəsindən danışıb. “Ukraynanın problemi maliyyənin azalmasıyla bağlı deyil, əsas problemləri ukraynalıların sayının azalmasıyla əlaqəlidir” deyən Rubio bununla Ukraynanın müharibədəki itkilərinə işarə edib. Rubionun qəti fikri belədir ki, müharibə başa çatmalıdır. Ancaq müharibə necə və hansı şərtlər daxilində başa çatmalıdır? Bu suala Rubionun konkret cavabı yoxdur. Orası məlumdur ki, Rubio müharibənin dayandırılması ilə Rusiyaya qarşı sanksiyaların da yumşalması tərəfdarıdır”. 

E.Şahinoğlunun sözlərinə görə, Marko Rubio ABŞ-nin əsas hədəflərindən birinin Çin olduğunu gizlətməyib:

“O, Senatdakı dinləmələr zamanı Çinin qlobal ambisiyalarını kəskin tənqid edərək, Pekinin Panama kanalında iştirakını ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdid kimi qeyd edib. Bundan əvvəl yeni Prezident Donald Tramp kanalın vaxtilə Panamaya verilməsini “axmaq” qərar adlandırmışdı. Rubio da Tramp kimi hesab edir ki, Çin kanaldan ABŞ-dən daha çox faydalanır və bu, ədalətsizlikdir. Çin şirkətləri kanalın hər iki tərəfində limanlar işlədirlər. Trampın Çin lideri Si Cinpinlə dialoquna baxmayaraq, Marko Rubio Çin Kommunist Partiyasını Amerika tarixinin ən ciddi rəqibi kimi qiymətləndirir. “Hazırki Çin keçmiş SSRİ-dən daha güclüdür” – deyən Marko Rubio bunu Çinin texnoloji cəhətdən keçmiş SSRİ-dən daha qüvvətli olması ilə izah edib. Rubio haqlıdır. Hazırkı Çin bütün aspektlərdən keçmiş SSRİ-dən daha güclüdür və bu, ABŞ üçün ciddi təhdiddir”. 

O bildirdi ki, Marko Rubio İranı Çindən sonra növbəti təhdid kimi dəyərləndirib:

“Gələcək dövlət katibi İrandakı rejimlə xalq arasında dərin uçurumun olduğu qənaətindədir. Rubio NATO-nun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır, ancaq hesab edir ki, tərəfdaşlar hərbi güclərini artırmalıdır. Trampın da mövqeyi belədir ki, NATO ölkələri təhlükəsizlik baxımından ABŞ-yə yük olmamalıdırlar”. 

Ekspert sonda vurğuladı ki, Marko Rubio özündən əvvəlki Dövlət katibi Entoni Blinken kimi Azərbaycan-Ermənistan danışıqlarında da vasitəçi olmağa çalışacaq:

“Rubio ermənipərəst senator kimi tanınıb, hər dəfə Azərbaycan əleyhinə açıqlamalar verib. Buna baxmayaraq, rəsmi Bakı Donald Tramp administrasiyası ilə ilk gündən yaxşı münasibətlər formalaşdırmaq baxımından Rubionun dövlət katibi vəzifəsində təşəbbbüslərinə diqqətlə yanaşacaq. Önəmli olan Dövlət katibi Marko Rubionun senator Marko Rubiodan fərqli olaraq, Ermənistanla Azərbaycana münasibətdə balansı pozmamasıdır. Əks halda, rəsmi Bakı Entoni Blinkenin nümuməsində olduğu kimi Marko Rubionun da təkliflərindən imtina edəcək”.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri