Tramp kameraların önündə jurnalisti təhqir etdi Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Kanzas ştatındakı seçki mitinqini ləğv etməsi ilə bağlı sağlamlıq və yorğunluq sualı verən “Reuters” agentliyinin müxbirinə sərt reaksiya verib.
“Qafqazinfo”nun xəbərinə görə, jurnalistin fiziki görünüşünü və çəkisini hədəf alan Trampın bu davranışı anbaan kameralara düşüb.
Hadisə Merilenddəki Endryus Hərbi Hava Bazasında baş verib. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısına “Reuters” müxbiri Ceykob Boqac “Kanzasa getməməyinizin səyahət yorğunluğu ilə bir əlaqəsi varmı?” sualını ünvanlayıb.
Suala kəskin qəzəblənən Tramp “Belə bir sual verdiyin üçün xəstəsən. Hansı media qurumundansan?” deyə soruşub. Jurnalist “Reuters”in əməkdaşı olduğunu bildirdikdə isə ABŞ Prezidenti reaksiyasını daha da sərtləşdirib: “Sən xəstə adamsan. Yeri gəlmişkən, “Reuters” də bərbəd agentlikdir”.
Müxbirin “Sadəcə səhhətinizin yaxşı olduğundan əmin olmaq istəyirdik” sözlərinə cavab olaraq Tramp jurnalistin fiziki görünüşünü hədəf alıb: “Bu oğlana baxın. Heç idman formasında deyil. İki həftədir məni izləyirsən. Özümü əla hiss edirəm. Sən biabırçısan. Özünə gəl, çox bərbad görünürsən. Bir az arıqla”.
Tramp səfərin ləğvinin yorğunluq və ya sağlamlıqla heç bir əlaqəsinin olmadığını bildirib. O, Respublikaçı senator Rocer Marşallın seçki kampaniyasının onsuz da uğurla davam etdiyini, bu səbəbdən tədbirə şəxsən qatılmaq əvəzinə telefonla müraciət edəcəyini qeyd edib.
Prezidentin jurnalisti çəkisinə görə hədəf alması ölkədə geniş müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















