Icma.az
close
up
RU
ABŞ də edam cəhdindən sağ çıxan qadın ilk dəfə danışdı

ABŞ də edam cəhdindən sağ çıxan qadın ilk dəfə danışdı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Payk həbsxanada ona iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq, sağ qalmasından sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Paykın edamına sentyabr ayında cəhd edilib. Ona iki doza pentobarbital preparatı vurulsa da, həkimlərin sözlərinə görə, dərmanın ölümə səbəb olacaq miqdarı qadının qan dövranına daxil olmayıb.

Payk açıqlamasında xəstəxanada təkbaşına özünə gəldiyini, baş verənləri anlamadığını və ağrı hiss etdiyini bildirib.

"Bir an belə ağrısız qalmamışam. Bədənim, qollarım, əllərim və boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Bu, yalnız fiziki ağrı deyil. Ağrı şüuruma və ruhuma da nüfuz edir", - deyə onun vəkillərinin sosial şəbəkələrdə yaydığı bəyanatda qeyd olunub.

Uğursuz edam cəhdindən sonra 50 yaşlı Payk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra o, son 30 ilini keçirdiyi həbsxanaya qaytarılıb.

Payk 1995-ci ildə 19 yaşlı Kolin Slemmerin qətlinə görə ölüm hökmünə məhkum edilib. Bu hadisə ölümcül inyeksiya ilə edam cəhdindən sağ çıxma ilə bağlı məlum olan yeganə hal kimi təqdim olunur.

Vəkillərinin əvvəlki açıqlamalarına görə, edam cəhdindən sonra qadında pnevmoniya yaranıb, əlləri şişib və o, udqunmaqda çətinlik çəkib.

"Sağalıram və gücləndiyimi hiss edirəm. Amma yaraların sağalması hər şeyin qaydasında olduğu demək deyil", - deyə Payk bildirib.

Qətl törədilərkən Paykın 18, onun sevgilisi Tadaril Şippin isə 17 yaşı olub. Onlar problemli yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgədə tanış olduqları 19 yaşlı Kolin Slemmeri döyərək və ona işgəncə verərək öldürüblər. Şipp hadisə zamanı yetkinlik yaşına çatmadığı üçün ölüm hökmünə məhkum edilməyib. O, hazırda da həbsdədir.

Payk Tennessi ştatında təxminən 200 ildən sonra edam ediləcək ilk qadın olmalı idi.

"Bu gündən sonra sağ qalacağımı heç təsəvvür etməzdim. Bu qədər insanı dəhşətli vəziyyətə salan səriştəsizlik məni dərindən yaraladı", - deyə o əlavə edib.

Tennessi ştatının hakimiyyət orqanları edam cəhdinin niyə uğursuzluqla nəticələndiyini hələlik açıqlamayıblar. Bununla belə, onlar seçilmiş edam üsulunun düzgün olduğunu iddia edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Noyabr 2026 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri