Kosmosda temperatur 200 min dərəcəyə yüksəldi: Nə baş verir?
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Yer kürəsi hazırda kosmik fəzanın qeyri-sabit bölgəsindən keçir. Bu proses zamanı Yerə yaxın kosmik fəzada plazmanın temperaturu kəskin yüksəlib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasına görə, Yerə yaxın kosmik fəzada plazmanın temperaturu təxminən 30 min dərəcədən 200 min dərəcəyədək yüksəlib. Eyni zamanda, Günəş küləyinin parametrlərində də artım qeydə alınıb.
Alimlər bu dəyişiklikləri Günəşdəki tac dəliyindən gələn plazma axını ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Günəş küləyinin sürətində artımın zəif olması diqqətçəkəndir. Çünki bu, tac dəliklərinin əsas xüsusiyyətlərindən biridir. Bununla belə, sürətin sonradan artacağı istisna edilmir.
Laboratoriyanın alimləri tac dəliyinin kifayət qədər böyük olduğunu və görüntülərdə aydın seçildiyini bildiriblər. Buna görə də onun kosmik hava şəraitinə təsirinin daha 2-3 gün davam edəcəyi ehtimal olunur.
Bununla yanaşı, Günəşdə alışma aktivliyi sıfır səviyyəsində qalır. Alimlərin məlumatına görə, son üç gün ərzində heç bir alışma qeydə alınmayıb və vəziyyəti dəyişə biləcək hər hansı amil müşahidə olunmur.
Baxış sayı:77
Bu xəbər 01 Noyabr 2026 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















