ABŞ də hökumətlə əlaqələr üçün elit klub açılacaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın kiçik oğlu və böyük investorlar ölkənin ən zəngin adamlarını prezident administrasiyası ilə əlaqələndirmək üçün qapalı elit klub yaradacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin fikrincə, gələcək klubda biznes və texnologiya sektorunun nümayəndələri olmalıdır. Onlar Donald Tramp administrasiyası ilə birbaşa əlaqə saxlamaq imkanı əldə edəcəklər.
"Tramp kampaniyasının donoru Omid Malik və bir neçə investor dünyanın ən elit özəl klubunu yaradır. Bu, yalnız dəvətlə olacaq", - insayder izah edib.
Nəşr onu da bildirir ki, kiçik Trampdan başqa, klubun sahibləri arasında Omid Malikin biznes ortağı Kris Buskirk və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun oğulları Zak və Aleks də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















