Icma.az
close
up
RU
“Azərbaycanla əlaqələr Balkan ölkələri üçün əhəmiyyətlidir”

“Azərbaycanla əlaqələr Balkan ölkələri üçün əhəmiyyətlidir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

"Azərbaycanla Balkan ölkələri içərisində yaxşı əlaqələrə malik olan ölkə Serbiyadır. Serbiya ilə Azərbaycan arasında son dönəmlərdə iqtisadi, ticari, siyasi əlaqələrdə müsbət addımlar atılıb. Əsasən də Serbiya Prezidentinin Azərbaycan Prezidentinə və dövlətinə qarşı olan xüsusi sevgisi, ehtiramı bunu deməyə əsas verir. Serbiyada Azərbaycanın bir müddət öncə layihələri başlamışdı, Azərbaycan orada yatırımı təhlil etmişdi və Serbiyada qazla işləyən elektrik stansiyası yönündə razılaşma ilə bağlı addım atmışdı. Bu, təsadüfi deyil”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov söyləyib.

A.İbrahimov bildirib ki, Azərbaycan öz enerji siyasətini həyata keçirərkən əsas prioritetlərdən biri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının etibarlı qaz tədarükçüsünə çevrilmək məqsədini qarşısına qoyub: “Bunlardan biri də Avropanın önəmli bir hissəsi olan Balkan ölkələrində də bu addımı atmaq istəyirdi və orada nüfuza, hörmətə malik açar ölkələrin biri olan Serbiya vasitəsilə öz iqtisadi, siyasi, mədəni əlaqələrini genişləndirmək üçün istifadə edəcək. Məsələyə bir neçə ildən sonra baxdıqda əgər şəffaflıq və hesabatlılıq daxilində ciddi şəkildə addımlar atılarsa, bu əlaqələrdən daha çox iqtisadi dividendlərlə yanaşı, eyni zamanda, geosiyasi və digər dividendlər əldə etmək Azərbaycan hökumətinə məxsus olacaq”.

A.İbrahimovun sözlərinə görə, heç də təsadüfi deyil ki, Avropa İttifaqının bir sıra rəsmiləri Azərbaycanı etibarlı qaz tədarükçüsü, tərəfdaş adlandırırlar: “Bu, Balkan ölkələrində də xüsusi əhəmiyyət kəsb edir. Serbiya ilə olan iqtisadi, ticari, siyasi əlaqələrimizin yaxşı olması gələcəkdə digər Balkan ölkələrində də səs-küy gətirə biləcək məsələdir. Bu, Azərbaycanın digər ölkələrdə də iqtisadi, siyasi iştirakını gücləndirə biləcək əsas meyarlarından biri olacaq. Serbiya ilə əlaqələrin genişləndirilməsi, eyni zamanda, Türkiyə-Macarıstan-Serbiya xətti üzrə də Azərbaycanın iqtisadi siyasətinin uğurla həyata keçirildiyini göstərir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri